Mobil versiya
Prokurorluqdan İsmayıllıdakı faciə barədə AÇIQLAMA
Tarix: 08-07-2017 | Saat: 13:34
Bölmə:Cəmiyyət / Karusel | çapa göndər

Prokurorluqdan İsmayıllıdakı faciə barədə AÇIQLAMA



Xəbər verildiyi kimi, iyulun 7-də İsmayıllı rayonunun İstisu kəndi ərazisində yerləşən "Green House” istirahət mərkəzində dincələn Bakı və Zaqataladan gələn 4 nəfər turisti elektrik cərəyanı vurub.


Hadisə nəticəsində Bakı şəhər Binəqədi rayon sakini, 1984-cü il təvəllüdlü Adıgözəlov Emin Zakir oğlu, Abşeron rayonu Xırdalan qəsəbə sakini, 1979-cu il təvəllüdlü Quliyev Gülhüseyn Xaliqverdi oğlu dünyasını dəyişib. Zaqatala rayon sakini 1981-ci il təvəllüdlü Ömərov Eltəkin Məhəddin oğlu və Bakı şəhəri Nizami rayon sakini, 1986-cı il təvəllüdlü Əliyev Zakir Mahir oğlu təcili yardım avtomobili ilə İsmayıllı Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

İsmayıllı rayon prokurorluğundan verilən məlumata görə, hazırda hadisə ilə bağlı istintaq aparılır.
"İstintaqın aparılması rayon prokurorluğunun müstəntiqi Eldar Məmmədova tapşırılıb. Hazırda isə hadisə ilə bağlı istintaq aparıldığına görə heç bir məlumat verə bilmərik. Hadisə ilə bağlı geniş məlumat istintaq tam yekunlaşdıqdan sonra veriləcək”.(modern.az)


AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024