Azərbaycanın növbəti zərbəsi: Ermənilər öz qazdıqları quyuya düşdülər
Tarix: 07-07-2017 | Saat: 17:58
Bölmə:Gündəm / Manşet | çapa göndər
Alxanlıdakı hadisə - 2 yaşlı körpənin və nənəsinin ermənilər tərəfindən öldürülməsi bir neçə gün içində dünyanın bir sıra nüfuzlu media orqanlarında yayımlandı və törədilən hadisə pisləndi. Assosiated Press, BBC, Euronews, New York Times, Washington Post, Le Monde və digər bu kimi aparıcı media orqanları hadisəni obyektiv işıqlandırdı, Azərbaycanın haqlı mövqeyini dəstəkləyən, işğalçı Ermənistanın dinc əhaliyə qarşı yönəlmiş qanlı cinayətini pisləyən materiallar yaydılar. Nəticə etibarilə beynəlxalq təşkilatlar - ATƏT, Avropa İttifaqı, Avropa Parlamenti, Avronest, həmçinin ABŞ Dövlət Departamenti bəyanatlarla çıxış edərək əsas günahkarın məhz Ermənistan olduğunu göstərdilər. Hər dəfə yalan bəyanatlar və informasiyalarla beynəlxalq ictimaiyyətin Azərbaycana qarşı mövqeyini neytrallaşdırmağa çalışan ermənilər bu dəfə qazdıqları quyuya özləri düşdülər. Azərbaycanın aidiyyatı qurumlarının və mətbuatın aktivliyi xəbərin sosial şəbəkələrdə davamlı tirajlanmasına gətirib çıxardı. Məhz bunun nəticəsi olaraq, Azərbaycan dövlətinin haqlı mövqeyi dünyanın aparıcı KİV-lərində layiqincə işıqlandırıldı.
"Bu təkcə Azərbaycan mediasının işi deyil"
BDU-nun professoru, əməkdar jurnalist Qulu Məhərrəmli hadisənin beynəlxalq dərəcədə ictimailəşməsində təkcə medianın rolu olduğunu düşünmür:
"Mənə elə gəlir ki, bu hadisənin dünya mediasına çıxarılmasında təkcə Azərbaycan mediasının rolu yoxdur. Bu bütövlükdə Azərbaycan ictimaiyyətinin və Xarici İşlər Nazirliyinin səyi nəticəsində oldu. Çünki xarici mediada izlədiyim xəbərlərin əksəriyyətində XİN-in bəyanatına istinad olunmuşdu. Əlbəttə, yerli medianın da rolu var idi. Saytlar operativ şəkildə məlumatı yaydılar. Lazım olan yerlərdən şərhlər, münasibət aldılar. Söhbət beynəlxalq ictimailəşdirmədən gedirsə, XİN, Azərbaycan ictimaiyyəti, media, diaspora və bizim parlament üzvləri məsələnin insani tərəfini qabartmaqla dünya mediasının diqqətini cəlb etməyə nail oldu".
"Bu dəfə informasiya savaşında biz qalib gəldik"
8 dildə fəaliyyət göstərən Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov isə bu işdə yerli medianın önəmini yüksək qiymətləndirdi. Baş redaktorun sözlərinə görə, bu Azərbaycan mediasının erməni mediası üzərindəki qələbəsi idi:
"İnformasiya müharibəsində zərbəni nə qədər tez endirsən, bir o qədər effektli olar. Burada fərq yoxdur, haqlısan, ya haqsızsan, əsas birinci vurmaqdır. Bir növ şahmat kimi düşünün. Kimin yaxşı oynadığının fərqi yoxdur, əsas birinci gedişi edəndir. Bu dəfə də biz yubanmadıq. Biz də Azvision.az saytı olaraq gecə xəbəri alan kimi dərhal fəaliyyət göstərdiyimiz 8 dilə tərcümə edib yayımladıq. Eyni zamanda, tvitter və feysbukda rəsmi şəxsləri "təq" etməklə, bu məlumatı paylaşdıq. Bu da təsirini göstərdi. Bu dəfə əsas fərq bizim ermənilərdən tez davranmağımız oldu. İndiyə qədər belə informasiya savaşlarında həmişə onlar irəlidə olurdu. Bu dəfə isə biz qabaqda idik və erməni mətbuatı bizim informasiyaları təqib və təkzib etməyə çalışırdı".
V.Məmmədov təkcə bu hadisə ilə medianın artıq yüksək səviyyədə peşəkarlaşdığını söyləməyi də düzgün hesab etmir:
"Düşünürəm ki, bir hadisə ilə ümumən medianın vəziyyətini qiymətləndirmək doğru olmaz. Təəssüf ki, istəməsək də, Qarabağ münaqişəsi davam etdikcə cəbhə xəttindən zaman-zaman itki xəbərləri gələcək. Siyasi və informativ mübarizə davam edəcək. Biz həmin hadisələrə qiymət verəndə görəcəyik ki, Alxanlıdakı hadisə dönüş nöqtəsi idi, ya yox. Ən azından bu bizim üçün böyük bir addım oldu ki, qarşıdakı hadisələrdə erməniləri informasiya savaşında üstələyək".
"Ortada komanda işi var"
BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu isə ortada bir komada işi olduğunu önə çəkdi:
"Məncə, burada bir komanda işi var. Tək əldən səs çıxmaz. Biz medianın fəaliyyətini qabardıb diasporanın fəaliyyətini arxa palana atsaq, düzgün olmazdı. Məhz həmrəyliyimiz sayəsində bu məsələni dünya mediasının da gündəminə gətirə bildik. Təbii ki, medianın rolu da danılmazdır. Çünki XXI əsrdə informasiyanın beynəlxalq müstəviyə çıxarılmasında media çox önəmli faktordur. Adekvat və zamanında reaksiya, vəziyyətin düzgün qiymətləndirilməsi, bütün bu məqamlar burada özünü göstərmiş oldu.
Zənginizdən istifadə edərək, bir mövzuya da toxunmaq istəyirəm. Şəhid körpənin qanlı şəklinin paylaşılması jurnalistikanın peşə etikasına nə dərəcədə uyğun idi? Bu sual ətrafında polemika var. Hadisəyə jurnalist yanaşması ilə baxsaq, etik normalara görə bu tip şəkillərin yayılması peşə etikasının kobud şəkildə pozulmasıdır. AŞPA-nın, ATƏT-in, UNESCO-nun qəbul etdiyi sənədlərdə bu məqam var. Amma burada başqa bir məqam da var. Biz müharibə aparan bir ölkəyik. Ona görə mənim fikrimcə, şəklin o formada yayılması lazım idi. 1992-ci ildə Xocalıda ölən körpələrin şəkillərini yayımlamadıq. Sonra ermənilər həmin şəkilləri öz körpələri imiş kimi təqdim etdilər. Buna görə zamanında addım atmaq lazımdır. İnformasiya müharibəsi şəraitindəyik və elə bir etnosla üz-üzə qalmışıq ki, onlara dogma torpaqlarımızın belə bizə məxsus olduğunu sübut edə bilmirik. Bu mənada onların əsl üzünü ortaya çıxaracaq məqamları paylaşmaqdan çəkinməməliyik". Publika.az
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
18-11-2024