Mobil versiya
Mətbuatın ideologiyası olmalıdırmı...
Tarix: 06-07-2017 | Saat: 11:43
Bölmə:Gündəm / Manşet | çapa göndər

Mətbuatın ideologiyası olmalıdırmı...



İdeologiya ictimai şüurun müxtəlif formalarında - fəlsəfədə, siyasətdə, hüquqda, əxlaqda, incəsənətdə, dində ifadə olunan ideyalar, təsəvvürlər, məfhumlar sistemidir.İdeologiyasiyasi və ya kütləvi birlik əmələ gətirən, bir hökümətin, siyasi partiyanın, kütləvi cəmiyyət siniflərinin davranışlarına istiqamət verən vasitədir.

Maraqlıdır, Azərbaycan jurnalistikası hansı ideoloji xətti aparır? Ümumiyyətlə, jurnalistikamız ideoloji xətt müəyyən edə bilibmi?

"Ədalət” qəzetinin baş redaktoru Aqil Abbas Modern.az-aaçıqlamasında bildirib ki, hazırda Azərbaycan jurnalistikası ideoloji xəttini müəyyənləşdirə bilməyib:

"Bugünkü mətbuatımız Avropa mətbuatını izləyir. Onlarda isə ideoloji xətt yoxdur. Düzdür, başqa formada dövlətin öz siyasəti var. Yəni hazırda jurnalistikamız yalnız məlumatlandırmaq, oxucuları informasiya ilə təmin etmək funksiyasını daşıyır. Əksər KİV-lərin fəaliyyətində vətən, ordu ilə bağlı ideoloji xətt pis deyil. Mətbuatdan vətənpərvərlik, dövlətçilik hissini duymaq olur. Lakin bunu da hamısına aid etmək olmaz.
Əslində Heydər Əliyev ideoloji xətti göstərib. Bu Azərbaycançılıqdır. Amma biz buna necə əməl edirik, bu, müəmmalıdır. Digər tərəfdən "Azərbaycançılıq xətti” deyəndə bizim türkçülüyə qarşı çıxdığımız zənn edilməsin.
Azərbaycanda 20-yə qədər qəzet, təxminən 7-8 portal bu ideoloji xəttə əməl edir. Bunların çoxu da keçmiş jurnalistikanın üstündə bərqərar olanlardır. Məsələn, "Ədalət” qəzeti dövlətçilik, vətənpərvərlik, millətçilik ideoloji xəttini tuta bilir”.

"Şərq” qəzetinin baş redaktoru Akif Aşırlıdüşünür ki, mətbuatın hansısa ideologiyaya tabe elətdirilməsi sovet dönəmində mövcud idi:

"Bu cür mətbuat orqanları mətbuat tipologiyasına görə ideoloji mətbuat adlanır. Əsasən bolşeviklər hakimiyyətə gələndən sonra onlar öz işlərini bu mətbuat vasitəsilə təbliğ edirdi.

Əlbəttə, hakimiyyətə gəlmək istəyən hər bir siyasi partiya və ya idelogiyasını yaymaq istəyən qurumlar mətbuatdan istifadə edirlər. Amma Qərb təcrübəsinə əsasən, mətbuat ideologiyasız olmalıdır. Azad sözün daşıyıcısı olan mətbuat qərbdə bu cür qəbul edilir. Jurnalistlərin beynəlxalq standartları var və orada ideoloji xətt deyilən bir şey mövcud deyil”.

Bununla yanaşı, A.Aşırlının fikrincə, müəyyən istiqamətlər üzrə mətbuatın ideoloji xətti olmalıdır:

"Yenicə müstəqilliyini əldə edən Azərbaycan torpağının 20 faizi işğal altındadır və bu gün ölkəmizə öz müstəmləkəsi kimi baxan qüvvələr var. Bunlar da Azərbaycanda istədiklərini həyata keçirmək üçün müəyyən mətbuat orqanları ilə əməkdaşlıq edirlər. Bu səbəbdən müstəqilliyimiz naminə hazırkı mətbuatın üzərinə böyük yük düşür. Bu baxımdan mətbuatda ideoloji işi həyata keçirmək başlıca amildir. Müstəqilliyimizi qorumaq üçü bu siyasəti reallaşdırmalıyıq. Əlbəttə, dövlətin də bu istiqamətdə müəyyən işləri və informasiya siyasəti var. Buna da jurnalistlər dəstək olmalıdır. İstərdik ki, zaman-zaman müxalifət-iqtidar mübarizəsindən asılı olmayaq, Azərbaycan mətbuatı milli maraqların müdafiəçisi kimi çıxış etsin.
Artıq hər gün yeni saytlar açılır, elmin-texnikanın inkişafı yeni meyllər, ideyalar yaranmasına səbəb olur. Təbii ki, bu saytların içərisində peşəkarlar da var. Elə biri Modern.az saytıdır. Bu ideologiyanın priotetlərini yaxşı bilir, milli bayrağımızda olan ideoloji xəttlər üstündə fəaliyyətini qurur. Düşünürəm ki, bu baxımdan Azərbaycanda çoxlu işlər görülsə də, hələ də edilməli işlərimiz var”.

Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərlijurnalistikanın ideologiyadan kənar olduğunu qeyd edib:

"Jurnalistika mövcud olan faktları işıqlandırır və kommersiya qurumudur. Yəni hansı xəbər daha çox auditoriya qazanırsa, əsasən onun ardınca gedilir. Amma bununla yanaşı, jurnalistikanın həm də ictimai missiyası var. İctimaiyyətin marağında olan informasiyaları tapıb cəmiyyətə ötürmək və mövcud olduğu ölkənin milli maraqlarının təəssübkeşliyini çəkmək məsələsidir. Bu baxımdan zaman-zaman Azərbaycan mətbuatının qəbul etdiyi ideoloji xətlər olub. Məsələn, uzun müddət Azərbaycan mediası ölkəmizin müstəqilliyinin formalaşması və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması xəttini əsas xətt kimi götürüb. 90-cı illərdə bu istiqamətlərdə ciddi irəliləyişlər olub.

2012-ci ildə Eurovision, 2015-ci ildə birinci Avropa oyunları, eyni zamanda İslam oyunları, 2016-cı aprel hadisələri zamanı Azərbaycan mediası göstərdi ki, dövlətçiliyimizi əsas prioritet xətti və müstəqilliyimizi başlıca prinsipi hesab edir. Yəni dövlətimiz, millətimiz üçün zəruri olan məqamlarda KİV əlbəttə ki, bu məsələlərə geniş yer verir və onları kifayət qədər peşəkarlıqla işıqlandırır. Amma KİV ideologiyadan kənardır və auditoriyanın maraqlarına xidmət edir”.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024