Mobil versiya
Bakıda oğurluq edən şəxs kameraya düşdü – VİDEO
Tarix: 22-10-2015 | Saat: 12:32
Bölmə:Cəmiyyət / Seçilənlər-3 / Aia TV / Karusel | çapa göndər


“Əsas “E-manat”ı yarıb”.

Bakıda mağaza qarət olunub.

Aia.az xəbər verir ki, APA TV-nin məlumatına görə, Nəsimi rayonu, Alı Mustafayev küçəsi 41 ünvanındakı mağazanın sahibi Emin Hüseynov səhər işə gələndə mağazanın dağınıq olduğunu görüb.

Oğurluq edildiyini anlayan zərərçəkənin sözlərinə görə, mağazaya daxil olan şəxs peşəkar olub. O, mağazada quraşdırılmış müşahidə kamerasını sıradan çıxarıb:

"Qonşu gəldi ki, təcili aşağı düş, dükanı yarıblar. Gəldim gördüm ki, doğrudan da mağazaya oğru girib. Buraları vurub dağıdıblar, qəfəsliyi kəsib, balaca yerdən içəri giriblər".

Səhər saatlarında baş verən oğurluq bir neçə saniyəlik də olsa, müşahidə kamerasına düşüb. Kadrlardan görünür ki, oğru mağazaya üzübağlı girib. Təxminən bir saata yaxın davam edən soyğun zamanı mağazadan xeyli sayda ərzaq məhsulları və nəğd pul aparılıb. Bundan başqa, mağazada quraşdırılmış elektron ödəmə terminalı da sındırılıb və xəzinədəki pullar götürülüb: "Tütün məmulatları, içkilər, kassadakı pul aparılıb. Əsas "E-manat"ı yarıb".

Hadisə yerinə gələn Nəsimi Rayon Polis İdarəsi 19-cu polis bölməsinin əməkdaşları əl-barmaq izləri götürüblər və kameradakı görüntülərə baxış keçiriblər. Toplanan materiallar əsasında Nəsimi Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024