Mobil versiya
Biznesmen Qafarovun müəmmalı qətli - İki gün əvvəl Bakıda olub
Tarix: 3-07-2017, 17:02 | Saat: 15:47:00
Bölmə:Hadisə / Karusel | çapa göndər

Biznesmen Qafarovun müəmmalı qətli - İki gün əvvəl Bakıda olub



Praqa polisi azərbaycanlı biznesmen Rəşad Qafarovun müəmmalı qətli ilə bağlı təhqiqat aparır.

AİA.az xəbər verir ki, bu barədə virtualaz.org-a Praqanın polis Departamentindən bildirilib. Polis hadisə ilə bağlı bütün versiyaların araşdırıldığını qeyd edib.

Azərbaycanın Çexiyadakı səfirliyindən də qeyd ediblər ki, onlar Rəşad Qafarovun ölümü ilə bağlı məsələni diqqətdə saxlayırlar. Məlum olub ki, R.Qafarov son bir neçə ildə Praqada yaşayırmış. Sonuncu dəfə onun "Facebook" səhifəsi iyunun 28-də aktiv olub.

Rəşad Qafarov ölümündən cəmi iki gün qabaq-iyunun 28-də Bakıda olub.

Onun əvvəllər “Panalpina” beynəlxalq nəqliyyat və logistika şirkətində işlədiyi bildirilir. Mənbənin sözlərinə görə, Rəşad Qafarovun əvvəllər işlədiyi bu şirkətlə münaqişəsi olub, lakin son vaxtlar tərəflər anlaşıblarmış və mübahisə həll olunubmuş.

Rəşad Qafarov Çexiyada və Azərbaycanda öz sahəsində kifayət qədər tanınmış biznesmen olub. O, fəaliyyətini dayandırmış Azərbaycan Beynəlxalq Universitetinin məzunu olub, bundan əvvəl "Panalphina" beynəlxalq loqistika şirkətinin regional nümayəndəliyində işləyib.

Qeyd edək ki, biznesmen R.Qafarovun Praqada maşınında bıçaqlanmış vəziyyətdə meyiti tapılıb.


AİA.az



5476 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

23-09-2019
20-09-2019
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30