Mobil versiya
Azərbaycan Türkiyəyə qaz ixracını azaltdı
Tarix: 30-06-2017 | Saat: 17:14
Bölmə:İqtisadiyyat | çapa göndər

Azərbaycan Türkiyəyə qaz ixracını azaltdı



2017-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycan Türkiyəyə 2 mlrd. 173,71 mln. kubmetr "Şahdəniz-1" yatağından hasil olunan qaz ixrac edib.

AİA.Az APA-ya istinadən xəbər verir ki, qeyd edilən dövr ərzində Azərbaycanın Türkiyəyə ixrac etdiyi təbii qazın həcmi 2016-cı ilin müvafiq dövrünə nisbətən 3,8% azdır.

Cari ilin aprel ayında Azərbaycan Türkiyəyə 576,84 mln. kubmetr qaz ixrac edib. Aprel ayında Türkiyənin ümumi qaz idxalının 13,57%-i Azərbaycanın payına düşür. Belə ki, apreldə Türkiyə 4 mlrd. 250,26 mln. kubmetr (19,61% artım) qaz idxal edib.

2016-cı ildə Azərbaycan Türkiyəyə 6 mlrd. 479,87 mln. kubmetr qaz ixrac edib.

Azərbaycan qazının Türkiyəyə nəqli üçün uzunluğu 690 km olan Cənubi Qafqaz Qaz Boru Kəməri inşa olunub.

"Şahdəniz" yatağının işlənməsi üzrə saziş 1996-cı ilin iyunun 4-də Bakıda imzalanıb və oktyabr ayının 17-də Milli Məclis tərəfindən ratifikasiya olunub. Layihənin səhmdarları bunlardır: BP (operator, 28,8%), "Petronas" (15,5%), SOCAR (16,7%), "LUKoil" (10%), NICO (10%), TPAO (19%).

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-12-2024