Mobil versiya
Bakıda modelin öldüyü hadisə ilə bağlı YENİ FAKTLAR - Qızları qayığa kim mindirib?
Tarix: 30-06-2017 | Saat: 12:35
Bölmə:Hadisə / Manşet | çapa göndər

Bakıda modelin öldüyü hadisə ilə bağlı YENİ FAKTLAR - Qızları qayığa kim mindirib?


Bir neçə gün əvvəl Bakı şəhərinin Sabunçu rayonu ərazisində çimərlikdə model Günel Mirzəyevanın öldüyü hadisə ilə bağlı maraqlı faktlar üzə çıxıb.

AİA.Az lent.az-a istinadən xəbər verir ki, hadisə Bilgəhdə - Kardioloji sanatoriyanın yaxınlığındakı çimərlikdə baş verib. Banklardan birində rəhbər vəzifədə işləyən 3 dost 3 qızla birlikdə dəniz sahilinə gəliblər. Onlar sahilə gələrkən avtomobilin yedəyinə aldıqları plastik motorlu qayığı da özləri ilə gətiriblər. Daha sonra dostlar qayığı dənizə salıblar və qızları da mindirərək gəzintiyə çıxıblar. Qayıq sürət yığmasından sonra ağırlıq mərkəzinin itməsi səbəbindən aşıb. 3 oğlan və iki qız çətinliklə xilas ola bilsə də, Günel Mirzəyeva suda batıb.

Hadisə sahildən təxminən 200 metr uzaqlıqda baş verib.

Qeyd edək ki, G.Mirzəyeva "Miss Lafarella" internet müsabiqəsinin iştirakçısı, fitness məşqçisi olub.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5595 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}