Xəzərdə batan modelin ölümü ilə bağlı cinayət işi başlanıldı
Tarix: 29-06-2017 | Saat: 18:18
Bölmə:Parlament | çapa göndər
Xəzər dənizində batan azərbaycanlı model Günel Mirzəyevanın ölümü ilə bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
AİA.Az bildirir ki, bu barədə "report"un sorğusuna cavab olaraq Bakı Şəhər Prokurorluğundan məlumat verilib.
Prokurorluqdan qeyd olunub ki, ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədi ilə məhkəmə-tibbi ekspertizası təyin edilib və digər zəruri istintaq tədbirləri aparılır.
Qeyd edək ki, G.Mirzəyeva dostları ilə birlikdə yaxta gəzintisinə çıxıb. Onlar birlikdə 200 metr uzaqlığa gediblər, yaxta aşıb. G. Mirzəyeva boğulub. Onun meyiti sudan çıxarılıb.
Xatırladaq ki, G.Mirzəyeva "Miss Lafarella" internet müsabiqəsinin iştirakçısı olub.
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər