Mobil versiya
Qatarın altında qalan uşaq durub qaçdı - Bakıda inanılmaz hadisə...
Tarix: 22-06-2017 | Saat: 18:11
Bölmə:Cəmiyyət / Karusel | çapa göndər

Qatarın altında qalan uşaq durub qaçdı - Bakıda inanılmaz hadisə...


Bu gün Binəqədi rayonu ərazisində maraqlı hadisə baş verib.

AİA.Az lent.az-a istinadən bildirir ki, saat 08:25 radələrində Bakı-Sumqayıt elektrik qatarı Biləcəri stansiyası yaxınlığında hərəkətdə olarkən maşınistlər 10-12 yaşlı uşağın qəfil qatarın qarşısına çıxdığını görüblər. Lakin onlar qatarın uşağı vurmasına mane ola bilməyiblər. Bununla belə maşınistlər qatarı saxlayıblar və reys təxminən 5 dəqiqə gecikmə ilə yerinə yetirilib.

Maraqlıdır ki, qatar uşağı vurandan sonra maşınistlər düşərək ona kömək etməyə çalışıb. Bu zaman şəxsiyyəti məlum olmayan həmin oğlan qaçaraq uzaqlaşıb.

Dəmir Yolu Nəqliyyatında Polis İdarəsindən Lent.az-a bildirilib ki, hadisədən xəbərdardırlar, lakin uşağı tapa bilməyiblər.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024