Mobil versiya
Xaçmazda evə basqın edən şəxslər tutulub
Tarix: 08-06-2017 | Saat: 16:41
Bölmə:Cəmiyyət | çapa göndər

Xaçmazda evə basqın edən şəxslər tutulub




Xaçmazda quldurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, rayonun Hülövlü kənd sakini Məsumə Qasımovanın yaşadığı evə daxil olan naməlum şəxs onun boynuna bıçaq dirəyərək, pul və qızıl-zinət əşyaları tələb edib. Qadının səs-küy saldığını görən naməlum şəxs masanın üstündəki mobil telefonu götürərək qaçıb.

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsinə məlumat daxil olandan dərhal sonra yaradılmış əməliyyat-istintaq qrupu hadisə yerində olub, zərərçəkmiş və onun qonşularının ifadəsini alıb.

Ev sahibəsinin istintaqa verdiyi ifadəsindən məlum olub ki, hadisəni törədən şəxs tanınmaması üçün ağzını ağ mələfə ilə bağlayıb və başına idman papağı keçirib.

Həyata keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Vüqar Sadıqov və Taleh Cavadov tutulublar.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024