Azərbaycanın valyuta ehtiyatları 39 milyard dollara çatıb
Tarix: 08-06-2017 | Saat: 15:45
Bölmə:İqtisadiyyat | çapa göndər
2017-ci ilin 4 ayında qeyri-neft sənayesi 2,8%, kənd təsərrüfatı 3,2%, ticarət dövriyyəsi 11,5%, ixrac təqribən 41%, qeyri-neft ixracı isə 23% artıb.
AzVision.az-ın məlumatına görə, bunu 3-cü Azərbaycan-Avropa İttifaqı biznes forumundakı çıxışında iqtisadiyyat naziri Şahin Mustafayev deyib. Onun sözlərinə görə, bu dövrdə valyuta ehtiyatları 1,3 mlrd. ABŞ dollar artıb və 39 mlrd. ABŞ dolları təşkil edir:
“1 aprel 2017-ci il tarixinə valyuta ehtiyatları xarici borcdan 3,2 dəfə çox olub. Azərbaycan “Qlobal Rəqabətlilik Hesabatı”nda (2016-2017) 138 ölkə arasında 37-ci, MDB ölkələri arasında isə bir neçə ildir ki, 1-ci yerdədir. İnsan kapitalının inkişafı sosial-iqtisadi siyasətin başlıca istiqamətidir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin başlıca istiqaməti insan kapitalının inkişafıdır”.
Nazir həmçinin vurğulayıb ki, Azərbaycandakı siyasi sabitlik, zəngin təbii ehtiyatlar və iqtisadi potensial, yaradılmış əlverişli biznes və investisiya mühiti, müasir infrastruktur, əlverişli coğrafi mövqe, zəngin mədəniyyətimiz, ölkəmizin beynəlxalq aləmdə etibarlı tərəfdaş olması ölkəmizi investisiya qoyuluşu üçün cəlbedici məkana çevirib.
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-12-2024