Mobil versiya
Kriminal avtoritet azərbaycanlı biznesmeni niyə diri-diri basdırdı? - FİLM KİMİ OLAYIN DETALLARI
Tarix: 7-06-2017, 14:49 | Saat: 15:47:00
Bölmə:Hadisə | çapa göndər

Kriminal avtoritet azərbaycanlı biznesmeni niyə diri-diri basdırdı? - FİLM KİMİ OLAYIN DETALLARI



Moskvada diri-diri basdıralan azərbaycanlı iş аdamı Hikmət Salayevin başına gələnlərlə bağlı bəzi məqamlar aydınlaşıb.

AİA.Az lent.az-a istinadən məlumatına görə, əslində Salayevin şəriklərinə 1 milyon 500 min rubl borcu olub. Bu borcu isə şərikləri ona yox, əmisi oğluna veriblərmiş. Amma əmisi oğlu həmin borcu qaytarmadığından şərikləri Hikmətə müraciət ediblər. Hikmət isə yaxın zamanda borcu qaytara bilməyəcəyini bildirib. Bundan sonra pul sahibləri "Prokladka" ləqəbli "qanuni oğru"ya müraciət ediblər və onunla görüş təyin ediblər. Hikmət görüşə gedəndə məlum olub ki, "Prokladka" tək deyil. Onunla birgə 30-dək silahlı şəxs də Hikməti gözləyir.

"Qanuni oğru" Hikmətlə qısa söhbətdən sonra ona xərac qoyub. Hikmətə bildirilib ki, artıq onun borcu 1 milyon 500 min yox, 30 milyon rubldur.

Hikmət bu qədər pulu vermək iqtidarında olmadığını deyib. Cavabında isə onu Lyubersk rayon qəbiristanlığana apırıb basdırıblar. Hikmət quldurların onu diri-diri basdıracaqlarını görüb qardaşına zəng etmək istədiyini bildirib.

Bir saatdan sonra onun qardaşı bir milyon pul və iki bahalı avtomobil gətirərək quldurlara verib. Bundan sonra Himkəti azad buraxılıb.

Banditlərin əlindən qurtulan Salayev Moskva şəhəri "Marğinskiy Park" polis idarəsinə üz tutub və baş verənlərlə bağlı ərizə yazıb. Polis isə onun ərizəsini qəbul etməyib. Ona beləcə də deyilib: "Siz azərbaycanlılar, gedin, öz problemlərinizi özünün bildiyiniz kimi həll edin". Bundan sonra Salayev Federal Təhlükəsizlik Xidmətinə müraciət edir. Aparılan əməliyat nəticəsində onun şəriklərindən biri saxlanılıb.

Hazırda faktla bağlı araşdırma gedir.

AİA.az



5475 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

22-11-2019
21-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930