Qətər böhranı nefti də "vurdu"
Tarix: 06-06-2017 | Saat: 11:31
Bölmə:İqtisadiyyat | çapa göndər
Bir neçə ərəb dövlətinin Qətərlə diplomatik əlaqələri kəsməsi neftin qiymətinə artıq təsir göstərməkdədir. AzVision.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Vüqar Bayramov bildirib.
Ekspertin sözlərinə görə, gözləntilərin əksinə olaraq neftin qiymətində azalmalar müşahidə edilir.
“Artıq Brent markalı neftin hər barelinin qiyməti 50 dollardan aşağıdır. Texas markalı neftin bir bareli isə 47 dollara yaxınlaşır. Qiymətin aşağı düşməsi OPEC-ə üzv olan ölkələr arasındakı dimplomatik gərginliklə bağlıdır. Belə ki, bu gərginliyə görə OPEC-in hasilatın azaldılması ilə bağlı öhdəliklərin yerinə yetirilməməsi riski dünya bazarına təsir göstərməkdədir. Praktik olaraq, “Qətər məsələsi” OPEC üzvlərini iki fərqli cəbhəyə ayırıb. Bu isə tərəflərin neft hasilatının azaldılması ilə bağlı öhdəliklərə necə əməl etməsinin monitorinq imkanklarını xeyli məhdudlaşdırır. Digər tərəfdən isə gələcəkdə hasilatın daha böyük həcmdə azaldılması ilə bağlı gözləntilərin də üstündən xətt çəkmiş olur”,
V.Bayramov hesab edir ki, Sədiyyə Ərəbistanın Qətəri blokadaya salması heç də bu ölkənin neft ixracatında problemlər yaratmayıb. “Deməli, dünya bazarında neft təklifi dəyişməyib, amma bununla belə, bazarda qiymətləri azaldan ciddi psixoloji faktorlar var.
Körfəz ölkələrində müşahidə edilən son diplomatik gərginlik OPEC-in neft bazarına təsir imkanlarını xeyli məhdudlaşdırmaqla yanaşı hasilatın azaldılması ilə bağlı öhdəliklərin yerinə yetirilməsini də çətinləşdirib. Bu isə nəticədə qiymətlərin azalmasını stimuallaşdırır. Əgər Qətərin neft ixracatında azalmalar olmasa, neftin dünya bazar qiymətində daha kəskin enişlər istisna edilmir”.
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-12-2024