Azərbaycan XİN-dən "Booking.com" şirkətinə etiraz
Tarix: 02-06-2017 | Saat: 15:02
Bölmə:Siyasət / Manşet | çapa göndər
"Booking.com şirkətinin Azərbaycanın işğal olunmuş ərazilərində mehmanxana sifarişlərini həyata keçirməsi ilə əlaqədar bundan əvvəl də bu şirkətə müraciətlərimiz olub. Booking.com şirkətinin Azərbaycanın işğal olunmuş ərazilərində mehmanxana sifarişlərini həyata keçirməsi beynəlxalq hüququn norma və prinsiplərinə, Ümumdünya Turizm Təşkilatının Nizamnaməsinə və müvafiq qərarlarına, Turizmə dair Qlobal Etik Məcəlləyə köklü şəkildə ziddir".
Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Booking.com vasitəsilə Azərbaycanın işğal olunmuş ərazilərindən mehmanxana sifariş olunmasına münasibət bidirərkən deyib. Onun sözlərinə görə, Ümumdünya Turizm Təşkilatının Turizmə dair Qlobal Etik Məcəlləsinə əsasən turistlərdən və turizm sahəsində fəaliyyət göstərən şirkətlərdən səfər edilən ölkənin qanunlarına hörmət etmək və turizm səfəri zamanı cinayət əməlləri və səfər edilən ölkənin qanunlarına görə cinayət hesab oluna biləcək hər hansı fəaliyyətdən kənar durmaq tələb olunur.
"Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurası 2015-ci ilin mayında Xorvatiyada keçirilmiş 100-cü sessiyasında Azərbaycanın təklifi əsasında Turizmin Etik Qaydaları üzrə Dünya Komitəsinin "Münaqişə zonalarının turizm məntəqəsi kimi təşviqinin və turizmin qeyri-qanuni məqsədlər üçün istifadəsinin qarşısının alınması” adlı tövsiyələri nəzərdən keçirdi. Bu tövsiyələr əsasında hökumətləri, turizm sektorunda olan dövlət və özəl müəssisələri bütün hallarda, o cümlədən hərbi münaqişələr zamanı Turizmə dair Qlobal Etik Məcəllə, eləcə də BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini rəhbər tutmağa çağıran qərar qəbul edilmişdi.
Həmçinin, booking.com şirkətinin bu kimi fəaliyyəti korporativ biznes etikasına zidd olaraq, şirkətin öz nüfuzuna mənfi təsir göstərən amildir. Bununla bərabər, Azərbaycanın işğal olunmuş əraziləri qanuni beynəlxalq pul köçürmə əməliyyatları üçün qapalı olduğu halda, booking.com üzərindən onlayn ödənişlər edilərək işğal olunmuş ərazilərdə mehmanxana reservasiyası və booking.com –un bundan qazanc əldə etməsi qanunsuz beynəlxalq ödəmə əməliyyatları və çirkli pulların yuyulması kontekstində də nəzərdən keçirilməlidir.
Beynəlxalq hüququn norma və prinsipləri, ÜTT-nin Nizamnaməsi, Turizmə dair Qlobal Etik Məcəllə, ÜTT-nin İcraiyyə Şurasının müvafiq qərar və tövsiyələrinə əsasən booking.com şirkəti Azərbaycanın işğal olunmuş ərazilərinin turizm məntəqəsi kimi təşviq edilməsi və orada mehmanxana sifarişlərinin həyata keçirilməsi kimi əməllərinə son qoymalıdır.
Mədəniyyət və Turizm Nazirliyi ilə əlaqəndirilmiş şəkildə məsələ ilə əlaqədar booking.com şirkətinə Azərbaycanın narazılığının bir daha çatdırılması və bu kimi qanunsuz fəaliyyətin qarşısının alınması üçün şirkətin mənzil-qərargahının yerləşdiyi Hollandiyadakı səfirliyimizə müvafiq təlimat verilib. Həmçinin, booking.com-un regional filiallarına və aidiyyəti beynəlxalq təşkilatlara da müraciətlərin edilməsi nəzərdə tutulub".
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-11-2024
13-11-2024