Mobil versiya
Güclü sel Şəki yolunda hərəkəti iflic edib
Tarix: 02-06-2017 | Saat: 14:52
Bölmə:Cəmiyyət / Karusel | çapa göndər

Güclü sel Şəki yolunda hərəkəti iflic edib


Güclü sel Qaraməryəm-İsmayıllı-Şəki yolunda fəsadlara yol açıb.

AİA.az xəbər verir ki, bu barədə "Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.

Qurum rəsmisi qeyd edib ki, güclü sel suları palçıq, daş və ağac qırıntılarını yolun hərəkət hissəsinə doldurub:

"Belə ki, bölgəyə ötən gecədən başlayaraq yağan güclü leysan yağışları bu gün günorta saatlarında daha da güclənib. Yağışdan sonra dağlardan gələn sel suları sözügedən avtomobil yolunun 38-40-cı km-lik hissəsində avtonəqliyyat vasitələrinin hərəkətini çətinləşdirib. Dərhal əraziyə "Azəravtoyol” ASC-nin əməkdaşları və ağır texnikaları əraziyə cəlb edilərək yolun təmizlənməsi istiqamətində işlərə başlayıblar. Qsa müddət ərzində yolda hərəkət bərpa olunub”.

A.Nəcəfli bildirib ki, hazırda ərazidə selin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir: "Avtonəqliyyat vasitələrinin hərəkətində hər-hansı bir problem müşahidə olunmur”.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə