Mobil versiya
Bu meşəyə yalnız intihar üçün gedirlər
Tarix: 01-06-2017 | Saat: 19:01
Bölmə:Media / Aia TV | çapa göndər

Bu meşəyə yalnız intihar üçün gedirlər



Aokiqahara meşəsiYaponiyanın məşhur Fuji dağının ətəyində yerləşir. Yerli və xarici turistlər bu meşəyə Fuji dağınıgörmək, dağın fotolarını çəkmək üçün gəlir. İnsanlar özləri üçün müəyyən edilən hərəkət zolağını dəyişməyin nə qədər təhlükəli olduğunu yaxşı bilirlər. Çünki burada inanılmaz sıx yerləşən bitki örtüyü, itən zamanistiqaməti tapmaq və ya başqalarının səsinizi eşitməyə imkan vermir.

Lakin bu meşədə azanlar davar. Onlara təyin olunan hərəkət istiqamətini tərk etmələrinə cəsarətverən tək səbəb intihar etmək məqsədləri ilə bağlıdır. Yaponiya tarixində mistik bir yeri olan və ölü ruhlarla "qaynaşan" Aokiqaharayazıçı Seiço Matsumotonun qələmə aldığı "Kuro Kaiju" romanında iki obrazınbu meşədə intihar etməsindənsonraintihar məkanına çevrilib.

Aokiqaharanın girişinə çatanda rast gəlinən tərk edilmiş avtomobillər ora haqqdailk fikri formalaşdırır. Meşəyə girdikdə "Ocaq qalamayın, zibil atmayın" kimi şablon xəbərdarlıqlar yerinə "Xahiş edirik intihar etməyin, həyat sizə verilmiş bir hədiyyədir, ailənizi və dostlarınızı düşünün" kimi ifadələr yazılıb.
Meşənin içinə doğru irəlilədikdə ağaclarda giley məqsədli vida qeydləri görünür. Meşə ağaclardan sallanan vəağac diblərində həddindən artıq dozada həb qəbul edərək özünü öldürmüş insanların cəsədləri ilə doludur.

Və bəzilərinin aldıqları qərarı son dəfə düşünmək üçün bir neçə gün orada qaldığı da deyilir.
Yaponiya bu meşədəki intiharların sayını rəsmi olaraq açıqlamır, lakin rəqəmin il ərzində 50-100 arası dəyişdiyi təxmin edilir.
Yaponiyalısosioloq və yazar Vataru Tsuruminin intihar etmək istəyənlər üçün Aokiqahara meşəsini kitabında intihar etmək üçün çox uyğun bir yer kimiizah edib.
Müxtəlif kitablarda, sənədli filmlərdə yer verilən meşənin hekayəsisonuncu dəfə2016-cı ildəviziona daxil olan "The Forest"adlı qorxu filmində işlənib.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024