Mobil versiya
Azərbaycana heroin keçirmək istəyən şəxs saxlanıldı
Tarix: 17-10-2015 | Saat: 15:10
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər


Astara Gömrük İdarəsinin əməkdaşları İrandan Azərbaycana narkotik vasitə keçirmək istəyən şəxsi saxlayıblar.

Dövlət Gömrük Komitəsindən Aia.az-a daxil olan məlumata görə, gömrükçülər İrandan piyada gələn Azərbaycan vətəndaşı Cavad Xəlilovun üzərində şəxsi yoxlama keçiriblər. Yoxlama zamanı onun şalvarının bel kəmərinin altından 2 ədəd bağlamada, ümumi xalis çəkisi 170,807 qram təşkil edən narkotik vasitə - heroin aşkar olunub.

Daha bir narkotik maddə İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Valeh Bayramovun üzərində aşkarlanıb. Belə ki, onun üzərində şəxsi yoxlama zamanı isə şalvarının cibində 8 ədəd həb şəklində, təsiredici maddəsinin xalis çəkisi 0,160 qram təşkil edən və “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in II Siyahısına daxil olan “Metadone-20” adlı dərman preparatı aşkar edilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə