Qanunsuz abort edən həkimlər daha ağır cəzalandırılacaqlar
Tarix: 30-05-2017 | Saat: 10:35
Bölmə:Qərbi Azərbaycan / Manşet | çapa göndər
Azərbaycanda qanunsuz abort etməyə görə daha ağır cəzaların tətbiqi nəzərdə tutulur. Bu barədə məsələ Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklərdə öz əksini tapıb.
Məcəllənin 141-ci (Qanunsuz abort etmə) maddəsinə təklif olunan dəyişikliklərə görə, həkim tərəfindən tibb müəssisələrindən kənarda abort etməyə görə cərimə 500 manatdan 1000 manatadək, xüsusi ali tibbi təhsili olmayan şəxs tərəfindən abort etməyə görə 1000 manatdan 1500 manatadək, bu əməllər nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına ehtiyatsızlıqdan ağır zərər vurulduqda isə 2000 manatdan 3000 manatadək məbləğdə müəyyən edilir.
Hazırki Məcəllədə isə eyni əməllərə görə cərimələr müvafiq olaraq 200 manatadək, 300 manatadək və 300 manatdan 500 manatadək məbləğdə müəyyən edilib.
Qeyd edək ki, Məcəlləyə təklif edilən dəyişikliklərin Milli Məclisin mayın 31-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılması nəzərdə tutulur.
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-11-2024