Tanınmış jurnalistlər ANS-i niyə tərk etdilər?
Tarix: 17-10-2015 | Saat: 14:47
Bölmə:Seçilənlər-6 / Aia TV / Karusel | çapa göndər
Azərbaycanın müstəqillik əldə etdiyi ilk zamanlarda əhaliyə ölkədə baş verən ictimai-siyasi hadisələr haqqında məlumat verən ilk müstəqil televiziya kanalı ANS (Azerbaijan News Service) olub
Heç şübhəsiz, ANS-i 90-cı illərin qızğın müharibə dövründə cəmiyyətə ən obyektiv və qərəzsiz informasiyalar ötürən yeganə TV hesab etmək olardı.
O da doğrudur ki, kanal ilk yarandığı gündən bu yana çox dəyişikliyə uğrayıb. İstər tutduğu mövqe baxımından, istərsə də mövzu-məzmun və təqdimat baxımından.
Təəssüflər olsun ki, son günlər ANS telekanalı özünün ən çətin günlərini yaşamaqdadır. İşçilərin işdən çıxması, verilişilərin bağlanması, rəqib telekanalla “soyuq müharibə” kimi bütün hallar ANS TV-nin imicinə zərbələr vurur...
Bir zamanlar döyüş yolu keçmiş müharibə kanalı hazırda Milli Televiziya və Radio Şurası (MTRŞ) ilə çəkişmədədir. Doğrudur ki, kanalın öz daxilində də müəyyən problemlər hər zaman mövcud olub və mövcuddur. Gərgin iş rejimi, məvacibin yetərli olmaması kimi bu və ya digər səbəblər zaman-zaman sabiq işçilərin işdənçıxma arqumentləri sırasında yer alıb.
Bu səbəbdən telekanal bu günə qədər çox işçiləri yola yola salıb. Buna rəğmən, ANS hadisələrə həmişə öz yanaşması ilə rəqiblərindən - digər yerli telekanalardan fərqlənməyi bacarıb.
Bir zamanlar ANS öz verilişlərini tanınmış jurnalistlərin təqdimatında efirə verirdi. Qeyd etdiyimiz ki, indi onların səsi ANS-dən eşidilmir.
PİA.AZ Modern.az saytına istinadən telekanalı tərk etmiş jurnalistləri xatırladır.
Xəyal Tağıyev vaxtilə ANS telekanalında bir sıra müəllif verilişlərinin aparıcısı idi. Öz istedadı və bacarığı ilə böyük tamaşaçı auditoriyasının rəğbətini qazanmış X.Tağıyev hazırda Rusiyadadır. Moskvada yaşayan X.Tağıyevin orada konkret olaraq hansı işlə məşğul olduğu məlum deyil.
Bir zamanlar ANS-in efirlərində “Nəzər nöqtəsi” verilişini aparmış jurnalist Eynulla Fətullayev indi “haqqın.az” və “virtualaz.org” informasiya saytlarının təsisçisi və rəhbəridir. O, yaxın keçmişdə "Realnıy Azerbaydjan" və "Gündəlik Azərbaycan" adlı qəzetlərin baş redaktoru da olub.
Eldəniz Vəliyev də bir zamanlar ANS-in tanınmış əməkdaşlarından olub. Sonralar ANS-i tərk edən E.Vəliyev bür müddət fəaliyyətini APA TV internet televiziyasının baş direktoru kimi davam etdirdi. Hazırda isə ATV-də çalışır
Sevinc Osmanqızı 2008-ci ildən ANS televiziyasında işləyib. ANS-in Vaşinqton bürosunun rəhbəri olmazdan əvvəl televiziyanın Xəbərlər Redaksiyasının baş redaktoru işləyib. ANS-də yayınlanan “Cümə Sevinc Osmanqızı ilə” ictimai-siyasi verilişinin və “Açıq söhbət Sevinc Osmanqızı ilə” siyasi debat proqramının aparıcısı olub. Hazırda Amerikada yaşayır.
ANS-in tanıtdığı ən populyar jurnalistlərindən biri də Sevil Nuriyeva olub. O, ANS-i tərk edəndən sonra ATV-də efirə çıxacaqdı. ATV-də “Sevil Nuriyeva ilə - Bu günlər” adlı proqramın anonsları yayımlandı, amma sonradan Sevil Nuriyevanın müxalifətçi Nigar Yaqublunun həbsi ilə bağlı fikirləri onu ATV-dən uzaqlaşdırdı. Tanınmış jurnalist hazırda Türkiyənin "Star" qəzetində Qafqaz üzrə köşə yazarı kimi çalışır. Həmçinin Asiya Dialoqu İctimai Birliyinin həmtəsisçisi və sədri, Qafqaz Media Mərkəzinin rəhbəridir.
Teleməkana “Zorxana” layihəsiylə damğa vuran Orxan Fikrətoğlu həmin verilişi elə ANS TV-də aparırdı. O da ANS-də duruş gətirə bilməyənlərdən oldu. O.Fikrətoğlu hazırda ATV-də “Nə xəbər” verilişini aparır.
Yaxın zamanlaradək ANS ÇM radiosunun ən məşhur səslərindən biri olan Mətanət Əliverdiyavanın ANS-dən üz döndərərərk ATV-yə keçməsi iki telekanal arasında böyük səs-küy yaratdı. Mətanət Əliverdiyeva bir müddət ATV-də “Gündəlik” verilişinnin aparıcısı oldu. Verilşin fəaliyyəti hazırda dayandırılıb. Xanım aparıcının yeni layihəsinin olub-olmayacağı isə hələ ki məlum deyil.
ANS telekanalında çalışmış tanınmış telejurnalist Rüstəm Əbülfətoğlunu da yəqin çoxları xatırlayır. R.Əbülfətoğlu telejurnalistika ilə təkcə ANS-də deyil, ATV və “Space” kanallarında da məşğul olub. Həm də o, hər üç telekanalda baş redaktor vəzifəsində çalışıb. Elə 2008-ci il noyabrın 23-də ANS-in yayımı dayandırılarkən də Rüstəm Əbülfətoğlu bu kanalın baş redaktoru idi. Məhz həmin hadisədən sonra o, telejurnalistikanı tərk etdi.
R.Əbülfətoğlu hazırda özəl bizneslə məşğuldur. O, indi özünün təsis etdiyi "R&R" adlı şirkətini idarə edir.
Samir Mehdiyev ANS-in fəal reportyorlarında biri idi. Telekanalı tərk edəndən sonra özəl tikinti şirkətlərindən birində çalışır.
Aytən Səfərova da ANS-in “uzaqvuran topu” sayılırdı. Bu telekanalda müxtəlif proqramlara aparıcılıq etmiş Aytən Səfərova sonuncu dəfə “Salam, Azərbaycan” proqramı ilə efir çıxırdı. Onun işdən çıxması ANS-çilər üçün əsl şok xəbər oldu. A.Səfərovanın bu yaxınlarda ANS-I tərk etməsinin ardından “Salam, Azərbaycan” verilişinin fəaliyyəti də dayandırıldı.
Asif Bağırovu tamaşaçılar ANS-də yayımlanan futbol reportajlarından və idman xəbərlərindən yaxşı xatırlayırlar. O, telekanala ilk gələn jurnalistlərdən olub. ANS-i izləyənlər artıq bir neçə ildir onu ekranda görmürlər.
İlqar Mikayıloğlunu da tamaşaçılara telejurnalist kimi ANS tanıtdırıb. ANS-də ən çox staja malik əməkdaşlardan olan İ.Mikayıloğlunun telekanaldan yola salınması çoxları üçün gözlənilməz oldu. O, hazırda fəaliyyətini rəqib ATV kanalında davam etdirir.
Hamının ANS-dən maraqla izlədiyi “Qulp” verilişini xatırlayırsınızsa, onun aparıcısı Mübariz Əsgərov da yadınızda qalmış olar. Təəssüf ki, indi nə Mübariz Əsgərovu, nə də “Qulp”u görə bilirik. Mübariz Əsgərov hazırda “Xəzər” TV-də yayımlanan “Rezonans” layihəsinə rəhbərlik edir.
Anar Cəbrayıllı 2011-ci ilin mart ayına kimi ANS TV-də müxbir, redaktor, aparıcı-redaktor, baş aparıcı-redaktor, iqtisadiyyat şöbəsinin müdiri, İqtisadiyyat verilişinin şef-redaktoru vəzifələrində çalışıb. Hazırda “Azərsu” ASC-nin İctimaiyyətlə Əlaqələr şpbəsinin müdiri vəzifəsində çalışır.
ANS-in iqtisadiyyat xəbərlərini xatırladarkən Əli Əhmədovu da yada salmaq yerinə düşər. O, ANS televiziyasında iqtisadiyyat xəbərlərinin rəhbəri, "Nəzər Nöqtəsi" və "Ötən həftə" verilişlərinin aparıcısı və bir sıra araşdırmaların müəllifi olub. Telejurnalist ANS-dən ayrıldıqdan sonra bir müddət İctimai Televiziyada işləyib. Hazırda “Space” televiziyasında çalışır.
Milli Qəhrəman Salatın Əsgərovun oğlu Ceyhun Əsgərov da ANS-in sabiq əməkdaşlarındandır. 2002-ci ilin dekabrından 2011-ci iln martına kimi ANS TV-də çalışıb. “Xəbərçi”, “Hesabat” verilişlərinin aparıcısı olub. ANS-dən könüllü olaraq ayrıldıqdan sonra fəaliyyətini “Araz 103.3” radiosunda redaktor-DJ olaraq davam etdirib. Bir müddət Tovuz rayonunda fəaliyyət göstərən “Türkel” TV-n telekanalının icraçı direktoru vəzifəsində çalışıb.
Pərviz Əbubəkirov nə az-nə çox, düz 13 il ANS TV-də ən reytinqli kriminal verilişi olan "Cinayət işi №"nin aparıcısı olub. 2010-cu ildə ANS-dən ayrılan telejurnalist hazırda İctimai Televiziyada eyni məzmunlu criminal verilişə aparıcılıq edir.
ANS-in eks-müxbiri Məshəti Şərif də bu telekanalı tərk edənlərdəndir. İş yerini dəyişən jurnalist bir müddət “Səs” İnformasiya Agentliyinin, eyni zamanda “Səs” internet televiziyasının “Xəbərlər” bölümünün baş redaktoru vəzifəsində çalışıb. Saha sonra Türkiyə vətəndaşı ilə ailə quraraq qardaş ölkəyə köçüb. Hazırda Modern.az saytında və digər bir neçə KİV-də köşə yazıları ilə çıxış edir.
Elnur Hidayətoğlu ANS-in əvvəllər baxımlı proqramlarından olmuş “İç xəbər”in aparıcılarından idi. O da “məvacibin az olması” səbəbindən kanaldan istefa verənlərdəndir. Hazırda o, APA TV-də “Sosium” proqramının aparıcısıdır.
Yelena Sideronko qeyri-azərbaycanlı olmağına baxmayaraq təmiz azərbaycanca danışa bildiryindən ANS-in “Xəbərçi” proqramının aparıcıları sırasına daxil edilmişdi. O, 2004-2008-ci illərdə ANS telekanalında çalışıb. Kanaldan ayrıldıqdan sonra jurnalistlik fəaliyyətini sonlandıraraq AVESTA konsernində satış müdiri vəzifəsində işləyib. Lakin bir müddətdən sonra yenidən jurnalistikaya qayıdaraq “Xəzər” Tv-də müxbir kimi fəaliyyətə davam edib.
Zəminə Əliyeva ANS-in tanınmış xanım jurnalistlərindən olub. O, hazırda Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışır.
ANS-də idman xəbərlərinin aparıcısı, şərhçi Gündüz Abbaszadə də bu TV-dən ayrılmış telejurnalistlərdəndir. Telekanaldan ayrılmış aparıcı bir müddət “Neftçi” furbol klubunun mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri vəzifəsində çalışıb. Bu yaxınlarda “Neftçi”ni tərk edən G.Abbaszadə yeni açılan “CBC Sport” telekanalında şərhçi olaraq fəaliyyətə başlayıb.
Onlar ANS-də evlənmişdilər - Zəhra Rüstəmova və Cavid Osmanov. Biz Zəhra Rüstəmovanı həm hava xəbərlərinin siması kimi, həm də “Ağıl dəyası” intelektual verilişindən tez-tez efirlərdə görürdük. Cavid Osmanov isə bir müddət ANS-də səhər verilişinə aparıcılıq edib, Zəhra Rüstəmova hazırda “Spase” TV-də “Sənətsevər” verilişinin aparıcısıdır. Həyat yoldaşı Cavid Osmanov isə “Araz” FM-də journalist fəaliyyətinə davam edir.
ANS-in qara dərili aparıcısı Xose Bernardonu hamı idman xəbərlərindən tanıyıb. Hazırda isə o, ATV telekanalında “Xeyirə qarşı” verilişində rubrika aparıcısıdır.
Billurə Tacəddinqızı əvvəllər ANS-in “İç xəbər” verilişin aparıcısı işləyib, indi “Xəzər” TV-də çalışır.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024