Azərbaycanın müstəqilliyinin bərpasından 24 il keçir
Tarix: 17-10-2015 | Saat: 14:45
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər
18 oktyabrın qeyri-iş günü olan dövlət bayramları sırasına daxil edilməsi bir daha qaldırıldı
Sabah Azərbaycanın Dövlət Müstəqilliyinin bərpa edildiyi gündür. 24 il öncə-1991-ci il 18 oktyabrda Azərbaycan Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib.
1989-cu ildən başlayan xalq hərəkatı nəhayət məhz həmin gün əsas hədəfinə-Azərbaycanın müstəqilliyinə nail oldu.
1991-ci ilin oktyabrın 8-də işə başlayan Ali Sovetin növbədənkənar sessiyası məsələni dörd gün müzakirə etsə də, qərar verməyi bir həftə sonraya saxlayır. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd qəbul edilir. Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının lehinə Ali Sovetin 360 deputatından 258-i səs verir. Yerdə qalanların böyük əksəriyyəti sessiyaya qatılmır, az sayda deputat isə səsvermədə bitərəf qalır.
Xalq hərəkatının liderləri və fəallarından ibarət “Demokratik Azərbaycan” blokunun təklifi ilə səsvermə adbaad keçirilib. Müstəqillik Aktının əleyhinə bir nəfər də səs verməyib.
Konstitusiya Aktında deyilir ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. Konstitusiya Aktı 6 fəsil, 32 maddədən ibarətdir.
1991-ci il dekabrın 29-da ümumxalq referendumunda bu məsələ müzakirəyə çıxarılır və əhalinin 95%-i referendumda iştirak edərək ölkənin müstəqilliyinə səs verir.
2006-cı ilə qədər 18 oktyabr tarixi Azərbaycanda dövlət bayramı kimi qeyd edilirdi və həmin gün qeyri-iş günü idi.
2006-cı il dekabrın 8-də isə Milli Məclis Əmək Məcəlləsinə dəyişiklik etdi. Həmin dəyişikliyə görə, 18 oktyabr-Müstəqillik Günü, 12 noyabr-Konstitusiya Günü, 17 noyabr-Dirçəliş Günü bayram kimi qalsalar da, istirahət günü kimi qeyd edilmir.
Dövlət Müstəqilliyi Haqqında Konstitusiya Aktını şəxsən yazan istiqlalçı deputat Hacıbaba Əzimov 18 oktyabrın Azərbaycan tarixinin 28 may qədər böyük, möhtəşəm tarix olduğunu bildirdi. Onun sözlərinə görə, 18 oktyabrın əhəmiyyəti az olan gün səviyyəsinə endirilməsi Milli Məclisin Azərbaycanın müstəqilliyinə hörmətsizliyinin sübutu idi. Milli Məclis bu addımı ilə çox böyük tarixi səhvə yol verib. Azərbaycanın siyasi hakimiyyəti bu böyük səhvi düzəltməlidir.(musavat.com)
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024