Mobil versiya
Nardaran sakini tüfəngini polisə təhvil verib
Tarix: 27-05-2017 | Saat: 17:31
Bölmə:Cəmiyyət | çapa göndər

Nardaran sakini tüfəngini polisə təhvil verib



Nardaran sakini tüfəngini polisə təhvil verib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, aparılan profilaktiki tədbirlər nəticəsində Sabunçu rayonunun Nardaran qəsəbə sakini Nazim Alxasov müvafiq sənədi olmayan “İJ-16” markalı ov tüfəngini könüllü olaraq 42-ci Polis bölməsinə təhvil verib.
Bundan başqa, Ağcabədi şəhər sakini Amil Məmmədov müvafiq sənədi olmayan və nömrəsi silinmiş “TOZ-16” markalı ov tüfəngini könüllü olaraq rayon Polis şöbəsinə təhvil verib.

Həmçinin, mayın 21-də Tərtər şəhərindəki evlərdən birinin həyətində keçirilən şənlikdə şəhər sakini Rəşad Zeynalov pnevmatik tapançadan havaya bir neçə dəfə atəş açıb.

RPŞ-yə dəvət edilən R.Zeynalov “İJ-37” markalı pnevmatik tapançanı və 1 ədəd patron darağını könüllü olaraq polisə təhvil verib.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə