Mobil versiya
Tahir Süleymanov daha iki kənddə seçiciləri ilə görüşdü-FOTOLAR
Tarix: 16-10-2015 | Saat: 22:04
Bölmə:Gündəm / Seçilənlər-5 / Manşet / Karusel | çapa göndər





54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi Tahir Süleymanovun təşviqat kaçpaniyası davam edir. Milli Məclis üzvlüyünə namizəd Tahir Süleymanov bu dəfə Şabran rayonunun Dağbilici və Əmirxanlı kəndinin sakinləri ilə görüşüb.

Aia.az xəbər verir ki, deputatlığa namizəd Tahir Süleymanov seçicilərinə ölkədəki inkişafa hesablanan siyasətin bundan sonra da davam edəcəyini, insanların rifahının yaxşılaşdırılması üçün addımlar atılacağını bildirib. Azərbaycanda demokratik seçki mühitinin olduğunu vurğulayan Tahir Süleymanov Şabran rayonu sakinlərinin Yeni Azərbaycan Partiyasına, davamlı inkişafa və yüksək rifaha səs verəcəklərinə şübhə etmədiyini qeyd edib.
Görüşdə çıxış edən Əmirxanlı kənd sakinləri Hüseynova Ceyran, Məmmədov Səlim, Muradov Firudin rayon sakinləri adından görüş üçün təşəkkür edib və onları narahat edən məsələləri səsləndiriblər. Müzakirələrin sonunda sakinlər noyabrın 1- də keçiriləcək seçkilərdə Tahir Süleymanova səs verəcəklərini bildiriblər.








Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə