Mobil versiya
Ticarət və ictimai iaşə sektorunun vergi yükü artırılır
Tarix: 16-10-2015 | Saat: 17:51
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər

Ticarət və ictimai iaşə sektorunun vergi yükü artırılır

Bu gün Milli Məclisin İqtisadi siyasət komitəsində “Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsi müzakirə edilib.

"APA-Economics"in məlumatına görə, vergilər naziri Fazil Məmmədov qanun layihəsi barədə məlumat verərək bildirib ki, layihədə təklif olunan dəyişikliklərin bir qismi sadələşdirilmiş vergi tutulmasının təkmilləşdirilməsi və tikinti fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərə aiddir.
Ticarət və ictimai iaşə fəaliyyəti üzrə fəaliyyət göstərən şəxslərə sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ verilir və bu vergi ticarət fəaliyyəti üzrə 6%, ictimai iaşə fəaliyyəti üzrə isə 8% (dövriyyə həcmindən) müəyyənləşdirilir.
Layihədə binaların tikintisi və satışı fəaliyyətini həyata keçirən, habelə ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə tətbiq olunan vergitutma mexanizminin təkmilləşdirilməsi üçün onların sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malik olması təklif edilir. Bu zaman tikinti müəssisəsi seçdiyi vergitutma metodunu tikinti başa çatdırılanadək dəyişdirə bilməz.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə