OPEC-in razılaşması: Azərbaycan nə qazanacaq ?
Tarix: 26-05-2017 | Saat: 18:35
Bölmə:İqtisadiyyat | çapa göndər
Vyanada OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEC-ə üzv və qeyri-üzv dövlətlərin neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünədək uzadılması qərarına Azərbaycan da qoşulub.
Energetika naziri Natiq Əliyevin sözlərinə görə, iclasda Vyana sazişinin nəticələri təhlil edilərək, neftin qiymətinin 50-55 dollar arasında qərarlaşması razılaşmanın bazara müsbət təsirinin göstəricisi kimi qeyd olunub.
Sazişin icrasına nəzarət edən qurum kimi Monitorinq Komitəsinin fəaliyyəti xüsusilə yüksək qiymətləndirilib.
Bildirilib ki, ən son məlumatlara görə, hasilatın azaldılması ilə bağlı öhdəliklərə OPEC ölkələri 104%, qeyri-OPEC ölkələri isə 102% əməl edib.
Toplantıda dünya iqtisadiyyatının inkişaf templəri, ilin sonuna kimi gözləntilər, trendlər, neft, neft məhsullarını əks etdirən təqdimatlar olunub. Bu məlumatların təhlili əsasında hasilatın azaldılmasının 9 ay uzadılması ilə bağlı Monitorinq Komitəsinin təklifi irəli sürülüb və yekdiliklə razılışadırılıb.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Modern.az-a deyib ki, hasilatın daha 9 ay azaldılması qərarı Azərbaycan iqtisadiyyatı üçün olduqca vacibdir:
“Söhbət neftin qiymətinin orta illik artımından gedir. 5 ayın bitməsinə 5 gün qalıb. Bu müddətdə cəmi 3 hərrac keçiriləcək. Hazırda neftin 1 barelinin orta qiyməti 54 dolların altındadır. Bu 2016-cı ilin qiymətləri ilə müqayisədə kifayət qədər böyük nailiyyətdir.
Əgər biz beş ayın nəticələrini müqayisə etsək, təqribən 40 faizə qədər artım, ötən ilin orta qiyməti ilə indiki qiyməti müqayisə etsək, təqribən 25 faiz artım var. Cari il üçün neftin orta qiymətini Dünya Bankı 52 dollardan götürür. Fitch agentliyinin açıqlamasına görə orta illik qiymət heç də əvvəllər qeyd edildiyi kimi 55-60 dəhlizində deyil 50-55 dəhlizində olacaq. Sırf Azərbaycan neftini götürsək, bu, ötən illə müqayisədə 22-23 faiz artım deməkdir”.
Mütəxəssis qeyd edib ki, bu çox yaxşı göstəricidir:
“Digər tərəfdən, enerji daşıyıcıları ümumi ixracda təqribən 85 faizdən yuxarı paya malikdir. Başqa bir tərəfdən neftin hasilatı kifayət qədər aşağı düşüb.
Demək bu, bizim üçün çox müstəsna əhəmiyyətə malikdir. Çünki neftin dəyərinin artımı azalan həcmi maksimum kompensasiya etmə funksiyasına malik olur. Ötən il biz sırf neftin mənfəətindən Neft Fonduna 5,1 milyard (Azəri-Çıraq-Günəşli) dollar gəlir qazanmışıqsa, bu il də həmin həcmə ümid edə bilərik”.
Xatırladaq ki, 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 mln. barel azaldılaraq 32,5 mln. barelə endirilməsi barədə razılıq əldə olunub. Həmin ilin dekabrında Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan 2017-ci ilin birinci yarısı üçün ümumi hasilatın sutkada 558 min barel azaldılması barədə sazişə imza atıb.
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-12-2024