Mobil versiya
Avtobusda cibgirlik edən keçmiş məhkum saxlanıldı
Tarix: 26-05-2017 | Saat: 18:23
Bölmə:Cəmiyyət | çapa göndər

Avtobusda cibgirlik edən keçmiş məhkum saxlanıldı


Bakıda marşrut avtobuslarında sərnişinlərin qənimi olan şəxs saxlanılıb.

AİA.Az ARB TV-yə istinadla xəbər verir ki, araşdırmalarla onun keçmiş məhkum olduğu müəyyənləşdirilib, ikinci qəbahətinin də üstü açılıb. Həmin şəxsin üzərindən narkotik tapılıb.

Bir neçə gün əvvəl paytaxtın Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində hərəkətdə olan 107 saylı xətt avtobusunda sərnişin Sultan Tağıyev cibindən pulunun çıxarılmasından duyuq düşür. Yaranmış sıxlıqdan istifadə edən şəxs onun cibindən 587 manatını oğurlayıb, lakin səs-küy yarandığından həmin pulu yerə atmağa məcbur olub. Digər sərnişinlərin köməyi ilə cibgir avtobusdan düşürülərək dayanacağın yaxınlığındakı Əlahiddə Çevik Polis Alayının əməkdaşlarına təhvil verilib. Şübhəli şəxs qismində Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə gətirilən şəxsin Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Fəxrəddin Məlikov olduğu müəyyən edilib. Onun üzərinə baxış zamanı 0,766 qram heroin də aşkar edilərək götürülüb.

Fəxrəddin Məlikov (saxlanılan şəxs): "Avtobusa minib gördüm ki, kişinin cibində pul var. Götürəndən biraz sonra kişi ayıldı. Pulları atdım yerə, kişi məni tutdu. Axtarış vaxtı üstümdən mal çıxdı. Özüm də xəstə adamam. Mal da ona görə idi. Öz malım idi, cibimdən çıxdı".

Faktla bağlı cinayət işləri başlanıb, araşdırmalar davam etdirilir.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024