Apteklərdə narkotik tərkibli dərmanların satışına niyə göz yumulur?
Tarix: 26-05-2017 | Saat: 12:18
Bölmə:Qərbi Azərbaycan / Manşet | çapa göndər
Paytaxt Bakıda bir sıra apteklərdə narkotik tərkibli dərmanların açıq satışı həyata keçirilir. Bu dərmanlardan ən çox yayılanı “tramadol”dur.
“Tramadol” psixotrop təsirə malikdir.Dərmanın reseptsiz satışı Səhiyyə Nazirliyi tərəfindən qadağan edilib. Bu pereparatdan ancaq güclü ağrısı olanlar, məsələn, xərçəng xəstələri istifadə edə bilərlər. Həmin dərmanın əlavə təsirindən biri də onun asılılıq yaratmasıdır. “Tramadol” insanda eyforiya yaradır, onu qəbul edən şəxs reallığı görə bilmir,mütəmadi qəbulu şüur pozuntusuna səbəb olur. İndiki bir çox gənclərin yeri gəldi-gəlmədi özünü aqressiv aparması, cinayətə meylli olması onların məhz “tramadol” və digər bu kimi psixotrop dərmanlar qəbul etmələri ilə əlaqələndirilir.
Faktinfo.az saytına daxil olan məlumata görə, bir müddət əvvəl narkotik tərkibli dərmanların reseptsiz satışı ilə məşğul olduğu üçün paytaxtın Bakıxanov və Əhmədli qəsəbələrində bir neçə aptekin fəaliyyəti dayandırılıb. Lakin digər bir sıra ərazilərdə bu cür qanunsuzluqlar davam etdirilir.
Hazırda da “Şamaxinka” kimi tanınan ərazinin yaxınındakı apteklərdən birində açıq şəkildə “tramadol” satılmasına dair məlumatlar yayılır. Deyilənə görə,istənilən şəxs həmin aptekə yaxınlaşıb “bir paçka verin” və ya “bir dənə...” söyləyən kimi satıcı onu dərhal başa düşür və “tramadol”u müştərinin qarşısına qoyur. Həmin aptekin qarşısında 30-40 dəqiqə müşahidə aparmaq kifayətdir ki, onlarla gəncin oradan “tramadol” aldığını görmək mümkün olsun.O da vurğulanır ki, gün ərzində aptekə bu məqsədlə müraciət edənlərin sayı yüzlərlədir.
Çox maraqlıdır,aidiyyəti qurumlar illərdən bəri hara baxır ki, qanunsuz narkotik tərkibli dərmanlar satanlar indiyə qədər cəzasız qalıb?
Ancaq biz ümid edirik ki, Səhiyyə Nazirliyi, eləcə də hüquq- mühafizə orqanları tezliklə bu rəzalətə son qoyacaq.
Araşdırmalarımız davam edir...
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-11-2024