"Yoxlamalar 1000 dəfə azaldılıb" - Nazir müavini
Tarix: 25-05-2017 | Saat: 14:36
Bölmə:İqtisadiyyat / Manşet | çapa göndər
“Ötən il 79 sahibkarlıq subyektinə 84 investisiya təşviqi sənədi təqdim olunub ki, bu layihələrin reallaşdırılması nəticəsində yerli istehsala 1 mlrd. manatdan çox investisiya yatırılacaq”.
AzVision.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində 2016-cı ilin dövlət büdcəsinin icrası haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir müavini bildirib ki, sahibkarlıq subyektlərində yoxlamalar ötən il əvvəlki ilə nisbətən 1000 dəfə azalıb və sahibkarlara müdaxilələrin azalmasına, onların daha sərbəst fəaliyyətinə şərait yaradıb.
S.Həsənova qeyd edib ki, xarici şoklar 2016-cı ildə ölkə iqtisadiyyatına mənfi təsir göstərməkdə davam edib: “Ölkənin ixrac gəlirləri azalıb, bu da bank sektorunda problemlər yaradıb. Bunların həlli üçün çevik iqtisadi siyasət tədbirləri müəyynləşdirilib və artıq həyata keçirilməsinə başlanılıb, Maliyyə Sabitliyi Şurası yaradılıb. Əvvəlki illərdə iqtisadiyytın şaxələndirilməsi ilə bağlı tədbirlərin nəticəsi olaraq ötən il ərzində qeyri-neft sənayesi 5%, informasiya və rabitə 4,5% artıb".
S.Həsənova vurğulayıb ki, əczaçılıq sənayesinin yenidən yaradılması ilk öncə daxili tələbatın ödənilməsinə, daha sonra isə ixraca yönəlib: "Həm ötən il, həm də bu il ərzində bir əczaçılıq zavodunun təməli qoyulub”.
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-12-2024
24-12-2024