Mobil versiya
Mançesterdə terrorla bağlı daha üç nəfər həbs edilib
Tarix: 24-05-2017 | Saat: 16:28
Bölmə:Cəmiyyət | çapa göndər

Mançesterdə terrorla bağlı daha üç nəfər həbs edilib




Mançesterdə konsert zamanı baş verən terror aktı ilə bağlı daha üç nəfər həbs edilib.

AzVision.az BBC-yə istinadən xəbər verir ki, bu barədə Böyük Mançesterin polisi məlumat verib.

Bununla da saxlanılan şəxslərin sayı dörd nəfərə çatıb. Həbs olunanlardan biri terrorçu-kamikadze olduğu iddia edilən Salman Abedinin qardaşıdır.

Qeyd edək ki, mayın 22-i İngiltərənin Mançester şəhərində konsert zamanı terror aktı törədilib.Baş verən partlayış nəticəsində 22 nəfər ölüb, 120-ə yaxın insan yaralanıb. Polis hadisəni terror aktı kimi qiymətləndirib. Terror aktının terrorçu kamikadze tərəfindən törədildiyi bildirilir.
Terrror aktı “Mançester-Arena”da, məşhur ABŞ müğənnisi Ariana Qrandenin konserti zamanı baş verib. Müğənni xəsarət almayıb.

Bu, 2005-ci ildə London metrosunda törədilən və 50 nəfərin ölümünə səbəb olan terror aktından sonra ən böyük terror hücumudur.


AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024