Mobil versiya
İmtahan nəticələri açıqlanıb
Tarix: 23-05-2017 | Saat: 16:12
Bölmə:Təhsil | çapa göndər

İmtahan nəticələri açıqlanıb



Əvvəlki illərdə tam orta təhsilini başa vura bilməyən şəxslər üçün 11-13 may 2017-ci il tarixlərində təşkil edilən eksternat imtahanında 374 nəfəri Azərbaycan, 38 nəfəri rus bölməsi olmaqla, 412 nəfər iştirak edib. Onlardan 256 nəfəri imtahanın nəticələrinə görə müvəffəq olub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, eksternlər hərəsində 10 sual olmaqla, 3 gün ərzində 13 fənn (ana dili, ədəbiyyat, xarici dil, insan və cəmiyyət, Azərbaycan tarixi, ümumi tarix, iqtisadiyyatın əsasları, riyaziyyat, biologiya, astronomiya, kimya, fizika, coğrafiya) üzrə imtahan veriblər. Rus bölməsi üzrə təhsil almış şəxslər isə əlavə olaraq daha 1 fənndən də (Azərbaycan dili) sınaqdan keçiblər.

Eksternat imtahanlarından uğur qazanan şəxslərin attestat almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən tam orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirakı zəruridir.

Eksternlər buraxılış imtahanları barədə Dövlət İmtahan Mərkəzinin saytına (www.dim.gov.az) daxil olaraq məlumat əldə edə bilərlər.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024