Mobil versiya
Leyla və Arif Yunusların məhkəməsi təxirə salındı
Tarix: 15-10-2015 | Saat: 16:20
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər

Leyla və Arif Yunusların məhkəməsi təxirə salındı

Bu gün Bakı Apellyasiya Məhkəməsində Sülh və Demokratiya İnstitutunun həbsdə olan direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunusun şikayəti üzrə məhkəmə prosesi keçirilib

Lent.az-ın məlumatına görə, hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Leylu Yunusun vəkili Elçin Sadıqovun məhkəməyə göndərdiyi vəsatəti elan edilib. Vəkil vəsatətində göstərib ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclas protokolları ilə tanış olmayıb. O, məhkəmədən protokollarla tanış olması üçün şərait yaradılmasını istəyib. Buna görə də məhkəmə iclası oktyabrın 20-dək təxirə salınıb.

Xatırladaq ki, bundan əvvəl keçirilən prosesdə Leyla Yunus apelyasiya şikayəti ilə tanış olması üçün hakimlərdən əlavə vaxt istəmişdi. Buna görə də həmin vaxtda proses baş tutmamışdı. Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə