Mobil versiya
Təhsil Nazirliyinin adından sui-istifadə edirlər - Xəbərdarlıq
Tarix: 15-05-2017 | Saat: 16:23
Bölmə:Təhsil / Manşet | çapa göndər

Təhsil Nazirliyinin adından sui-istifadə edirlər - Xəbərdarlıq



Təhsil Nazirliyi xaricdə təhsillə məşğul olan şirkətlərlə bağlı vətəndaşlara xəbardarlıq edib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovun AzVision.az-a verdiyi məlumata görə, son vaxtlar bəzi xaricdə təhsil fəaliyyəti ilə məşğul olan şirkətlər bir sıra televiziya və radio kanallarının reklam elanlarında, saytların bildirişlərində xarici universitetlərə qəbul olan tələbələrin diplomlarına Təhsil Nazirliyinin zəmanəti ilə bağlı yanlış məlumatlar yerləşdirirlər:

“Bu cür yanaşma şirkətlərin öz subyektiv maraqlarını qorumaq üçün Təhsil Nazirliyinin adından sui-istifadə və insanları aldatmaq vasitəsidir. Diplomların tanınması(nostrifikasiyası) hüquqi prosedur olmaqla burada universitetin legitimliyi, məzunun akademik göstəriciləri, qazandığı kreditlərin sayı, faktiki təhsil müddəti, dil və ixtisas biliyinə qədər qədər bütün məlumatlar təhlil olunur. Bu araşdırma təsdiqini müsbət mənada tapdıqdan sonra diplomun tanınması prosesi baş verir.

Bir daha bildirmək istərdik ki, Təhsil Nazirliyi tələbələrin xaricdə təhsil üzrə dövlət proqramından, dövlətlərarası təqaüd proqramlarından xaric hər hansı şirkətlə əməkdaşlıq etmir.İcra etdiyi proqramlarla bağlı bütün məlumatlar isə şəffaf şəkildə iştirakçının, eyni zamanda Təhsil Nazirliyinin müvafiq elektron resurslarına yerləşdirilir”.


AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024