Sürücülərin nəzərinə - bu yolda 60 manat cərimə oluna bilərsiniz (VİDEO)
Tarix: 14-10-2015 | Saat: 22:48
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər
Neftçilər prospektindən gələrək hökümət evinə çatmamış sola dönən avtomobillər üçün hərəkət istiqaməti dəyişib. Artıq həmin istiqamətə dönmə qadağan edilib və əvəzində bu yoldan Azadlıq prospektindən gələn avtomobillər istifadə edərək Neftçilər prospektinə çıxacaqlar. 3 bal və 60 manat cərimə ödəmək istəməyən paytaxt sürücüləri bu xəbəri mütləq izləsin.
Paytaxtın mərkəzində Neftçilər prospektinin Azadlıq meydanı ilə kəsişməsində hərəkət istiqaməti dəyişdirilib.
Asfalt örtüyündəki köhnə dönmə işarəsi də silinəcək. Sürücülər nişanla asfalt örtüyündəki işarə arasında tərəddüd etsə mütləq nişanın tələbinə üstünlük verməlidir.
Azadlıq prospektindən gələn avtomobillərin Neftçilər prospektinə çıxması indi birbaşa həyəta keçiriləcək. Bu isə Zərifə Əliyeva küçəsində hərəkət sıxlığının xeyli azalmasına kömək edəcək.
Nişanlar yeni olduğuna görə yol polisi əməkdaşları köhnə qayda ilə hərəkət edənləri cərimələmir. Sadəcə saxlayıb onlara xəbərdarlıq edirlər. Ancaq sabahdan etibarən yeni yol nişanlarına əməl etməyənləri 3 bal və 60 manat cərimə cəzası gözləyir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024