Mobil versiya
Azərbaycan qazı Balkan ölkələrinə çıxış əldə edə bilər
Tarix: 26-06-2015 | Saat: 10:38
Bölmə:İqtisadiyyat / Manşet | çapa göndər


Nazir bəyanatla çıxış edib.

Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan mayeləşdirilmiş təbii qaz layihəsi (AGRİ) üzrə aparılan işlərin nəticələrini müsbət qiymətləndirmək olar.

Oxu.Az-a Dövlət Neft Şirkətindən(SOCAR) verilən məlumata görə, bu fikrə Energetika naziri Natiq Əliyev və SOCAR-ın Sərmayələr və Marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov gəlib.

"AGRİ layihəsi Cənub Qaz Dəhlizinin vacib əlavə komponenti olmaqla Xəzər qazının nəqli üçün marşrutların diversifikasiyasına töhfə verə bilər"-deyə, Ruminiyada baş tutan səfərdə Azərbaycan tərəfi bildirib.

Öz növbəsində, Rumıniyanın enerji, orta və kiçik sahibkarlıq və biznes mühiti naziri Andrei Dominic Gerea bildirib ki, AGRİ layihəsi reallaşandan sonra Rumıniya ilə yanaşı gələcəkdə Bolqarıstan, Serbiya, Macarıstan və digər Şərqi Avropa və Balkan ölkələrinin Azərbaycan qazını idxal etmək imkanı əldə edəcək.

SOCAR-ın Sərmayələr və Marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov “Şahdəniz-2” layihəsi ilə yanaşı hazırda “Abşeron”, “Ümid” və digər yataqlarda da işlərin davam etdirildiyini bildirmiş, bu yataqlardan hasil olunacaq qazın gələcəkdə yeni layihələrdə istifadə olunacağını qeyd etmişdir.

Qeyd edək ki, sonda ölkələr arasında layihə üzrə Birgə Bəyannamə imzalanıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə