Mobil versiya
Dərslər saat 13:00-da başa çatacaq - İslamiadaya görə
Tarix: 11-05-2017 | Saat: 13:17
Bölmə:Təhsil / Manşet | çapa göndər

Dərslər saat 13:00-da başa çatacaq - İslamiadaya görə




“Baku 2017” İslam Həmrəylik Oyunları ilə əlaqədar Bakı şəhərində fəaliyyət göstərənin ali təhsil müəssisələrinin dərs saatlarında dəyişiklik ediləcək.

Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsil şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov AzVision.az-a bildirib ki, sabah İslam Həmrəylik Oyunlarının açılış mərasimi ilə əlaəqdar paytaxtdakı ali təhsil müəssisələri saat 13:00-dək fəaliyyət göstərəcək.

“Bakıda keçiriləcək beynəlxalq tədbirin açılış və bağlanış günlərində ali təhsil müəssisələrinin 13:00-dək fəaliyyət göstərməsi tövsiyyə olunub. Bu həmin 2 gündə tədris müddətinin qısadılması təhlükəsizliyin təmin olunması və sıxlığın aradan qaldırılması ilə əlaqədardır”.

Qeyd edək ki, mayın 12-22 tarixlərində Bakıda IV İslam Hərməylik Oyunları keçiriləcək.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024