Mobil versiya
Şəkidə mikroavtobus yandı
Tarix: 14-10-2015, 21:37 | Saat: 15:47:00
Bölmə:Hadisə / Manşet2 / Karusel | çapa göndər

Şəkidə mikroavtobus yandı


Şəkidə mikroavtobus yanıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, yanğın hadisəsi bu gün günorta saat 15:30 radələrində Şəki şəhəri S. Rəhman küçəsində baş verib

Nəticədə Şəki şəhər sakini Samir Əhmədova məxsus RAF markalı 10 CA 470 dövlət nömrə nişanlı mikroavtobus yanıb. Hadisə yerinə FHN-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Yağın nəticəsində mikroavtobusun mühərriki və salonun üz örtüyü yanaraq yararsız hala düşüb.

Məlumatda bildirilir ki, S. Əhmədov Şəki bazarında xırda alverlə məşğul olur, mikroavtobusdan bazara satdığı malları aparıb gətirmək üçün istifadə edir. S. Əhmədov bazardan çıxıb mikroavtobusu işə salarkən qəfildən avtomobilin mühərrik hissəsində alovlanma baş verib.

Faktla bağlı FHN-nin Şəki rayon DYMH-də araşdırma aparılır.



5547 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

21-10-2019
18-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031