Mobil versiya
Azərbaycandan İrana həkimə gedənlər azalıb
Tarix: 08-05-2017 | Saat: 14:25
Bölmə:Qərbi Azərbaycan | çapa göndər

Azərbaycandan İrana həkimə gedənlər azalıb



“Artıq çox adamda İran mifi dağılıb. Müalicə üçün İrana gedənlərin sayında azalma müşahidə olunur”.

Bunu Modern.az saytına tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.

O bildirib ki, Azərbaycandan İrana axın davam etsə də, proses əvvəlki kimi deyil.

“Hər yerdə xarici ölkələrə axın var. Amma Azərbaycanda həddən artıq çoxdur. Buna baxmayaraq, artıq çox adamda İran mifi dağılıb. Çünki müalicə üçün İrana daha yüksək fikirlə gedib istədiyini əldə etməyən yetərincə insanlar var. Nəticə olaraq ümumi tendensiyada azalma mövcuddur, nəinki artma halları müşahidə olunur.
İrana müalicə üçün gedənlərin sayının azalma səbəbi müalicənin bahalaşmasıdır. Düzdür, İran əyalətlərində müalicə ucuzdur. Mütəxəssislər də çoxdur. Azərbaycanlılar daha çox əyalətlərə üz tutur. Amma əyalətlərdə yerləşən səhiyyə ocaqlarında ən köhnə avadanlıqlardan istifadə olunur.
Tehranda isə müalicə kifayət qədər bahadır. Ona görə də insanlar real vəziyyəti dəyərləndirir və milli səhiyyəyə güvən artır. Azərbaycanda Avropadan və Türkiyədən gələn xeyli mütəxəssis, kadr var. Onlar artıq kifayət qədər çətin əməliyyatları, proseduraları icra edə bilirlər”.

Ekspertin fikrincə, Azərbaycan səhiyyəsi İran səhiyyəsinə çatmaq üçün xeyli yol qət etməlidir:

“Hazırda icbari tibbi sığorta yoxdur. İcbari tibbi sığorta məsələsi də həll olunduqdan sonra insanların böyük miqrasiyası, yəni sağlamlıq turizmi prosesi xeyli səngiyəcək.
İranda səhiyyənin vəziyyəti yüksək hesab olunmalıdır. Çünki orda Qərb səhiyyəsi mövcuddur. İranın özünün farmokoloji sənayesi var. Biz İran səhiyyəsinə çatmaq üçün xeyli iş görməliyik”.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024