Mobil versiya
“İngilis dilində bəzi nazirlərdən yaxşı danışıram” - Polad Bülbüloğlu
Tarix: 06-05-2017 | Saat: 14:49
Bölmə:Siyasət / Manşet | çapa göndər

“İngilis dilində bəzi nazirlərdən yaxşı danışıram” - Polad Bülbüloğlu


"YUNESKO-nun baş direktoru vəzifəsinə seçkidə qalib gəlmək üçün çalışacağıq"Bunu jurnalistlərə Azəbaycanın Rusiyadakı səfiri, YUNESKO-nun baş direktoru vəzifəsinə namizəd Polad Bülbüloğlu deyib. O bildirib ki, namizədlərin hamısı güclüdür: "Hələ qarşıda 5 ay var. Hər şeyin necə olacağını görəcəyik”.

P.Bülbüloğlu onun Parisdə ingilis dilində çıxış etməməsi ilə bağlı tənqidlərə toxunaraq qeyd edib ki, ingilis dilində bir çox mədəniyyət nazirlərindən daha yaxşı danışır: "Dil məsələsi mübahisəlidir. YUNESKO-da da 6 əsas dil keçərlidir. Bunlardan biri rus dilidir. Mən bu dili mükəmməl bilirəm. Orada tələb oldu ki, ingilis və ya rus dili olsun. Bütün hallarda mən suallara cavab verdim. Mən ingilis dilini ingilislər kimi bilmirəm. Qarşıda 5 ay var, mən hələ hazırlaşacağam”.

P.Bülbüloğlu vurğulayıb ki, əsas məsələ insanın beynindəkilər, onun hansı ideyaları irəli sürməsidir: "Bu gün bu quruma onun problemlərini həll edə biləcək qətiyyətli, yeni ideyalar və yanaşmalar, islahatlar təklif edə bilən adam lazımdır. Mənim krizis menecment sahəsində çox gözəl təcrübəm var. Mən Sovet İttifaqı dağılan dövrdə Azərbaycanın mədəniyyət naziri olmuşam".

Eəmənistan tərəfinin onun namizədliyi ilə bağlı narahatlıqlarına və açıqlamalarına münasibət bildirən səfir qeyd edib ki, ermənilərdən başqa hərəkət də gözləmək olmazdı. P.Bülbüloğlu bildirib ki, bu qonşularımızın dəfələrlə etdiyi növbəti təxribat hərəkətidir. (Trend)

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024