Mobil versiya
Deputat Novruzəli Aslanov vətəndaşların “online” rejimində qəbulunu keçirib     -Fotolar
Tarix: 22-01-2026 | Saat: 11:35
Bölmə:Manşet / Özəl / Parlament | çapa göndər

Deputat Novruzəli Aslanov vətəndaşların “online” rejimində qəbulunu keçirib    

Milli Məclisin deputatı Novruzəli Aslanov 22 yanvar 2026-cı il tarixində İsmayıllıdan olan seçicilərlə “online” rejimində görüşüb.

aia.az xəbər verir ki, deputatın İsmayıllıya bu günə planlaşdırılmış səfəri kəskin hava şəraiti səbəbindən təxirə salınıb. Rayonda olan seçicilərlə video-formatda bağlantının yaradılması məqsədilə millət vəkilinin Bakı və İsmayıllı ofislərində müvafiq avadanlıqlar quraşdırılıb. Vətəndaşlarla canlı ünsiyyət qurmaq üçün hər cür şərait yaradılıb.
       
Tədbirin gedişində seçiciləri narahat edən sosial yönümlü məsələlər və şəxsi müraciətlər deputatın diqqətinə çatdırılıb. Novruzəli Aslanov sakinlər tərəfindən qaldırılan sosial yönümlü məsələləri və şəxsi müraciətləri qeydə alıb və onların həlli məqsədilə müvafiq qurumlar qarşısında məsələ qaldırılacağını bildirib.
       
Deputat Novruzəli Aslanovun “online” rejimində keçirdiyi qəbulda iştirak edən İsmayıllı şəhər sakinləri və rayon ictimaiyyətinin nümayəndələri cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya İsmayıllı rayonuna göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-01-2026