"Qarabağ"ın "Top-4" liqa klublarına qarşı ilk qələbəsi - Tarixi göstəricilər
Tarix: 22-01-2026 | Saat: 13:13
Bölmə:İdman | çapa göndər

Ötən gecə UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunda keçirilən qarşılaşmalar bir sıra tarixi nəticələr və maraqlı statistik göstəricilərlə yadda qalıb.
aia.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytına istinadla xəbər verir ki, Praqada keçirilən görüşdə “Barselona” “Slaviya”nı 4:2 hesabı ilə məğlub edib. Kataloniya klubu bütün turnirlər nəzərə alınmaqla ardıcıl səkkizinci oyunu evdən kənarda keçirib ki, bu da klub tarixində yalnız bir dəfə – 2021-ci ilin yanvarında qeydə alınıb. “Barselona” bu mövsüm səkkizinci dəfə geridönüş edərək qalib gəlib. Robert Levandovski isə avrokuboklar tarixində eyni oyunda həm qol, həm də avtoqol vuran ikinci “Barselona” futbolçusu olub. Polşalı hücumçu turnirdə 39-cu fərqli rəqibə qarşı qol vurub. Bu göstəricidə yalnız Lionel Messi (40) onu qabaqlayır. Levandovski, həmçinin İspaniya klubunun heyətində Çempionlar Liqasının ən yaşlı ikinci qolçusu olub (37 yaş 153 gün).
Marseldə “Liverpul” ev sahibini 3:0 hesabı ilə məğlub edib. “Marsel” Çempionlar Liqasında heç-heçəsiz oyunlar seriyasını 31 matça çatdırıb. “Liverpul” isə son 28 görüşdə heç vaxt bərabərliklə kifayətlənməyib. Vircil van Deyk turnirdə ardıcıl 36-cı oyununu heç-heçə olmadan keçirərək rekord müəyyənləşdirib. Məhəmməd Salah isə “Liverpul”un heyətində avrokuboklarda 88-ci matçına çıxıb.
İstanbulda “Qalatasaray” “Atletiko Madrid”lə 1:1 hesablı heç-heçə edib. Madrid təmsilçisi Çempionlar Liqasında 2023-cü ilin oktyabrından sonra ilk dəfə heç-heçə qeydə alıb.
Berqamoda “Atalanta” “Atletik”ya 2:3 hesabı ilə uduzub. Bilbao klubu avrokuboklar tarixində İtaliya komandalarına qarşı səfərdə ikinci qələbəsini qazanıb.
“Nyukasl” PSV-ni 3:0 hesabı ilə üstələyib. Antoni Qordon bu mövsüm Çempionlar Liqasında 6-cı qolunu vuraraq Alan Şirerə məxsus klub rekordunu təkrarlayıb.
“Çelsi” evdə “Pafos” üzərində 1:0 hesablı qələbə qazanıb. London klubu Çempionlar Liqasında son 15 ev oyununda məğlub olmayıb.
Münxendə “Bavariya” "Yunion"u 2:0 hesabı ilə məğlub edib. Harri Keyn avrokuboklar tarixində 70-dən çox qol vuran yeddinci futbolçu olub. Onun hesabında hazırda 71 qol var.
Bakıda keçirilən görüş isə tarixə düşüb. “Qarabağ” Almaniyanın “Ayntraxt” klubuna 3:2 hesabı ilə qalib gələrək avrokuboklar tarixində Avropanın aparıcı dörd liqasını təmsil edən komandalara qarşı ilk qələbəsini qazanıb. Ağdam klubu indiyədək bu səviyyədəki rəqiblərlə keçirdiyi 32 qarşılaşmada 6 heç-heçə etmiş, 26 dəfə məğlub olmuşdu. Həmin görüşdə fərqlənən Bəhlul Mustafazadə Çempionlar Liqası tarixində qol vuran ilk azərbaycanlı futbolçu olub.
Turun son görüşündə “Yuventus” “Benfika”nı 2:0 hesabı ilə məğlub edib. Veston Makkini 2020/2021-ci illər mövsümündən bəri Turin klubunun heyətində Çempionlar Liqasında ən çox qol vuran futbolçulardan biri olub. Onun aktivində Duşan Vlahoviçlə eyni sayda – 9 qol var.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
22-01-2026