Analar körpələrinə niyə süd vermir? - "Fiquram pozulacaq"
Tarix: 05-05-2017 | Saat: 17:16
Bölmə:Qərbi Azərbaycan / Karusel | çapa göndər
Azərbaycanda 1 yaşa qədər uşaqların 48-52 faizi ana südü ilə qidalanır.
AİA.Az APA-ya istinadən xəbər verir ki, Pediatriya İnstitutunun direktoru, baş pediatr Nəsib Quliyev "Ana südü ilə qidalanmanın əhəmiyyətinə dair" seminarda çıxışı zamanı bildirib ki, ana südünün verilməməsinin əsas səbəbi süd vermək istəyinin olmamasından irəli gəlir. Onun sözlərinə görə, anaların yalnız 2%-nin özündən asılı olmayan obyektiv səbəblərdən südü olmaya bilər. N.Quliyev qeyd edib ki, anaların 48 faizi subyektiv səbəblərdən körpələrinə süd vermir:
"Kimdən soruşursansa deyir ki, südüm yoxdur və ya süd versəm, fiquram pozulacaq. Elm sübut edir ki, ana orqanizmi hamiləliyə hazırlıq keçməlidir. 96 faiz hallarda uşağına 2 yaşına qədər süd verən ana hamilə olmur. Süni qida ilə qidalanan uşaqlarda xəstələnmə və ölüm hallarına ana südü ilə qidalanan uşaqlara nisbətən 4 dəfə daha çox rast gəlinir. Bu uşaqlarda ishala, diareyaya 17,3 dəfə çox rast gəlinir. Dünyada ana südü qədər ehtiyacları təmin edə bilən ikinci qida yoxdur".
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-11-2024