Mobil versiya
Dünya ölkələrində çoxuşaqlı ailələrə hansı güzəştlər olunur?
Tarix: 28-04-2017 | Saat: 16:47
Bölmə:Media / Aia TV | çapa göndər

Dünya ölkələrində çoxuşaqlı ailələrə hansı güzəştlər olunur?



Dünya ölkələrində doğumu stimullaşdırmaq və çoxuşaqlı ailələrə dövlət dəstəyi göstərmək üçün xüsusi proqramlar var. Azərbaycanda da çoxuşaqlı ailələrə müəyyən güzəştlər var.

Belə ki, 5-dən çox uşaq dünyaya gətirib tərbiyə edən qadınlara uşaqların sağ olması şərtilə və axırıncı uşaq 1 yaşına çatdıqda hər uşağa 30 manat müavinət ala bilər. Rəsmi məlumata görə, 2016-cı ilin əvvəlinə 8984 nəfər qadın 5-dən çox uşağı olduğuna görə müavinət alır.

Modern.az dünya ölkələrində çoxuşaqlı ailələrə dövlət dəstəyi ilə bağlı kiçik araşdırmanı təqdim edir.
Məsələn, Fransada çoxuşaqlı ailələrə yardım məqsədilə “Böyük ailə” proqramı fəaliyyət göstərir. 1921-ci ildən qüvvədə olan bu proqram 3 və daha çox uşağı olan ailələrə bir sıra güzəşt və imtiyazlar verir. Hər növbəti uşaq vergi faizini azaldır və buna görə 4 uşağı olan ailələr demək olar ki, vergi ödəmir. Hər 3-cü və sonrakı uşaqlara görə dövlət 180 avro müavinət ödəyir.

Almaniyada da çoxuşaqlı ailələrə geniş bonuslar təqdim olunur. Hər bir Almaniya vətəndaşı yeni doğulan uşağa görə 154 avro alır. Hər növbəti uşağa görə bu rəqəm 179 avro artırılır. Avstriyada hər uşağa görə verilən müavinət 160 avrodur.

İsveçdə də çoxuşaqlı ailələrə xüsusi dövlət dəstəyi var. Məsələn. 3 və daha çox uşağı olan ailələrə xüsusi ərzaq talonları verilir, kirayə evdə yaşayırlarsa, mənzilin haqqı bələdiyyə tərəfindən ödənilir və təhsil haqqında güzəştlər təklif olunur.

Finlandiyada çoxuşaqlı ailələrə heç bir imtiyaz təklif olunmur. Amma hər yeni doğulan uşağa imtiyaz paketi verilir. Həmin paket uşağın 1 yaşına qədər olan dövrdə bütün lazımi xidmət və vəsaitlərlə təmin edir.

Polşada çoxuşaqlı ailələrə dəstəklə bağlı məhdudiyyətlər var. Belə ki, bu ölkədə çoxuşaqlılıq müavinətini adambaşına aylıq gəlirin 125 dollardan az olması şərti ilə verirlər. Amma ailədə şikəst uşaq yaxud işləməyən valideyn vaxtsa, müavinətin məbləği 2 dəfə artırılır.

Çexiyada isə çoxuşaqlı ailələr müavinətin məbləği az olsa da, qadınlara hər doğulana uşağa görə pensiya yaşları 1 il azaldılır.

Belarusda 4 uşaqlı ailələrə dövlət pulsuz mənzil verir.

Rusiyada hər 3-cü və növbəti uşağa görə dövlət 6 min rubl (180 manat) aylıq ödəniş edir. Həmçinin. Uşaqların 6 yaşa qədər tibbi xidməti və dərman pulsuz verilir, kommunal ödənişlərdə müxtəlif güzəştlər tətbiq olunur.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024