Mobil versiya
Büdcədə 321 milyonluq kəsir yaranıb
Tarix: 28-04-2017 | Saat: 13:18
Bölmə:İqtisadiyyat / Karusel | çapa göndər

Büdcədə 321 milyonluq kəsir yaranıb



2017-ci ilin birinci rübündə Azərbaycan dövlət büdcəsinin mədaxili 3591,5 milyon manat, xərcləri 3912,7 milyon manat olub, 321,2 milyon manat məbləğində büdcə kəsiri (defisit) yaranıb.

Maliyyə Nazirliyindən verilən məlumata görə, 2017-ci ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 3473,0 milyon manat proqnoza qarşı 3591,5 milyon manat və yaxud 3,4 faiz çox olub. Vergilər Nazirliyi tərəfindən mədaxil proqnozu 103,8 faiz icra edilməklə dövlət büdcəsinə 1420,8 milyon manat vəsait təmin edilib. Həmin vəsaitin 67,2 faizi və yaxud 954,2 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür.

2017-ci ilin birinci rübündə Dövlət Gömrük Komitəsi proqnoza 117,5 faiz əməl edərək büdcəyə 571,0 milyon manat vəsait təmin edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 37,0 faiz və yaxud 154,1 milyon manat çoxdur.

Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 62,6 milyon manat təşkil edib. Sair daxilolmalar üzrə büdcəyə 12,1 milyon manat vəsait daxil olub. Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə 1525,0 milyon manat vəsait transfert edilib.

2017-ci ilin 1-ci rübündə dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 95,5 faiz və yaxud 3912,7 milyon manat icra olunub.

İqtisadi təsnifata uyğun olaraq cari ilin ilk üç ayında dövlət büdcəsi xərclərinin 41,8 faizi və ya 1635,7 milyon manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14,6 faiz və ya 209,0 milyon manat çoxdur.

Cari ilin 1-ci rübündə dövlət əsaslı vəsait qoyuluşu xərclərindən elm, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 216,8 milyon manat, enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisinə, yenidən qurulmasına və digər sahələrə 676,1 milyon manat, o cümlədən Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsinə dövlət büdcəsinin dövlət əsaslı qoyuluşu xərclərindən 22,2 milyon manat vəsait yönəldilib.

2017-ci ilin ilk üç ayında büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilib. Cari ilin 1-ci rübündə icmal büdcənin gəlirləri 5649,6 milyon manat, icmal büdcənin xərcləri isə 6752,7 milyon manat icra olunub. İcmal büdcənin kəsiri 1103,1 milyon manat təşkil edib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-12-2024