Azərbaycanda kişilərin 36 faizi siqaret çəkir
Tarix: 27-04-2017 | Saat: 16:14
Bölmə:Qərbi Azərbaycan / Karusel | çapa göndər
“Araşdırmalar göstərir ki, əgər Azərbaycanda kişilərin 36 faizi siqaret çəkirsə, siqaret çəkməyən kişilərin 77 faizi ictimai və iş yerlərində, qadınların isə 41 faizi evdə tütün tüstüsünün təsirinə məruz qalır”.
AzVision.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin İсtimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Ceyhun Məmmədov deyib.
C.Məmmədov bildirib ki, Azərbaycanda yeniyetmələrin 7 faizi tütün çəkirsə, siqaret çəkməyən yeniyetmələrin 29 faizi evdə, 41 faizi isə qapalı və ictimai yerlərdə tütün tüstüsünün təsirinə məruz qalır. Onun sözlərinə görə, bu göstərici son beş ildə 50 faiz artıb.
“Qapalı şəraitdə havalandırma sistemi olduqda belə onun təsirinin təhlükəsiz səviyyəsinə endirmək qeyri-mümkündür. ÜST-ün tövsiyəsinə görə yalnız tütün tüstüsündən tam azad ərazidə effektliliyi təmin etmək olar. Avropanın 10 ölkəsində hərtərəfli qadağalar tədbiq edilir”.
Nazirlik rəsmisi deyib ki, tütünün məhdudlaşdırılmasının ölkədə turizmin inkişafına mane olacağı barədə iddialar doğru deyil: “Belə fikirlər səslənir ki, kafe və restoranlarda siqaretlərdən istifadənin qadağan edilməsi turistlərin sayının azalmasına təsir göstərəcək. Lakin bu gün Avropa İttifaqı ölkələrindən gələn turistlər restoranlarda siqaret çəkməyi normal qarşılamayaraq qeyri-adekvat, yad bir hal kimi qiymətləndirirlər. Bu gün ictimai yerlərdə siqaret çəkmək vətəndaşların Konstitusiya hüquqlarının pozulmasına səbəb olur”.
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-11-2024