Mobil versiya
İrəvanda siyasi gərginlik artır – Paşinyanı çətin sınaq gözləyir
Tarix: 20-11-2026 | Saat: 22:00
Bölmə:Özəl | çapa göndər

İrəvanda siyasi gərginlik artır – Paşinyanı çətin sınaq gözləyir



Ermənistanda yeni konstitusiyanın qəbulu ətrafında siyasi qarşıdurma kəskinləşir. Hakimiyyət dəyişiklikləri Azərbaycanla davamlı sülhün təminatı kimi təqdim etsə də, müxalifət bu təşəbbüsə sərt etiraz edir.

Parlamentdə keçirilən son müzakirələr qarşılıqlı ittihamlarla yadda qalıb. Xarici işlər naziri Ararat Mirzəyan Bakıda həbsdə olan erməni məhbuslarla bağlı müxalifətin suallarına sərt reaksiya verərək sülh prosesinin davam etdiriləcəyini vurğulayıb.

Baş nazir Nikol Paşinyan isə müxalifətin “Əliyevin sülhü” ifadəsini tənqid edib. O bildirib ki, Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün sənəddə məhz Azərbaycan Prezidentinin imzasının olması təbiidir.

Paşinyan müxalifəti cəmiyyətdə qorxu və düşmənçilik əhval-ruhiyyəsini qorumaqda ittiham edib.

Siyasi şərhçi Xəyal Bəşirovun fikrincə, konstitusiya referendumu yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik daha da arta bilər.

Ekspert hesab edir ki, müxalifət xüsusilə Qarabağ məsələsindən istifadə edərək yeni konstitusiyanın qəbuluna mane olmağa çalışacaq.

Bəşirov bildirib ki, müxalifətin parlamentdəki mövqeyi referendumun keçirilməsi üçün ciddi çətinlik yarada bilər. Onun sözlərinə görə, altı deputatın səsi prosesin taleyinə təsir göstərə bilər.

Bununla belə, siyasi şərhçi Paşinyanın növbədənkənar seçki və ya yeni siyasi kampaniya vasitəsilə konstitusiya dəyişikliklərini yenidən gündəmə gətirə biləcəyini düşünür.

Ekspertin qənaətinə görə, qarşıdakı siyasi mübarizənin nəticəsi təkcə Ermənistanın daxili siyasətinə deyil, Azərbaycanla sülh sazişinin perspektivlərinə də təsir göstərə bilər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-11-2026