Mobil versiya
ABŞ-ın əsas kəşfiyyat qurumunda ciddi nasazlıq – Üç gündür problem həll olunmur
Tarix: 20-11-2026 | Saat: 21:46
Bölmə:Özəl | çapa göndər

ABŞ-ın əsas kəşfiyyat qurumunda ciddi nasazlıq – Üç gündür problem həll olunmur




ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) daxili kompüter şəbəkəsində yaranan texniki problem üç gündür davam edir. Nasazlıq səbəbindən bəzi əməkdaşların iş rejimində dəyişiklik edilib.

“NBC News” telekanalının məlumatlı mənbələrə istinadən yaydığı xəbərə görə, noyabrın 17-də baş verən nasazlıqdan sonra agentliyin daxili şəbəkəsinə girişdə ciddi məhdudiyyətlər yaranıb.

Texniki problemlər səbəbindən qurumun bir sıra əməkdaşları ardıcıl üçüncü gündür məsafədən işləmək məcburiyyətində qalıblar.

Məlumata görə, nasazlıq agentliyin gündəlik fəaliyyətində müəyyən çətinliklər yaratsa da, əsas kəşfiyyat əməliyyatlarını dayandırmayıb.

Bildirilir ki, NSA-nın dünya üzrə radioelektron kəşfiyyat və kibertəhlükəsizlik sahəsində həyata keçirdiyi fəaliyyətlər texniki problemdən təsirlənməyib.

Nasazlığın dəqiq səbəbi və daxili şəbəkənin nə vaxt tam bərpa olunacağı barədə hələlik məlumat açıqlanmayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-11-2026