Trampdan Avropa liderlərinə çağırış: “Putinlə razılaşın”
Tarix: 20-11-2026 | Saat: 20:00
Bölmə:Özəl | çapa göndər

ABŞ Prezidenti Donald Trampın Avropa liderlərini və Ukrayna Prezidenti Volodimir Zelenskini Rusiya ilə sülh razılaşması əldə etməyə çağırdığı bildirilir.
“The Washington Post” qəzetinin mənbələrə istinadən yaydığı məlumata görə, Tramp Berlində keçirilən “Könüllülər koalisiyası”nın toplantısına telefon vasitəsilə qoşulub.
Nəşr yazır ki, ABŞ Prezidenti öz təyyarəsindən toplantıda iştirak edən kürəkəni Cared Kuşnerin mobil telefonuna zəng edib. Həmin vaxt Kuşnerlə birlikdə ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoff da olub.
Məlumata əsasən, Tramp Avropa liderlərinə Vladimir Putinin sülh əldə etmək istədiyini bildirib və onları Moskva ilə razılığa gəlməyə çağırıb.
ABŞ lideri hesab edir ki, müharibənin başa çatması Avropa ölkələrinə Ukraynaya ayırdıqları böyük maliyyə vəsaitlərini daxili ehtiyaclarına yönəltmək imkanı verə bilər.
Qəzetin mənbələrindən biri bildirib ki, Tramp Putinlə Şençjendə keçirdiyi görüşdə vaxtlarının böyük hissəsini Ukraynadakı müharibənin müzakirəsinə sərf etdiklərini də açıqlayıb.
Trampın bu çağırışı Ukrayna müharibəsinin dayandırılması istiqamətində diplomatik müzakirələrin davam etdiyi bir vaxtda səsləndirilib.
Qeyd edək ki, telefon danışığının məzmunu barədə məlumatlar nəşrin mənbələrinin açıqlamalarına əsaslanır.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
20-11-2026