Mobil versiya
Ermənistandan Azərbaycana səfər açıqlaması – “Bakıya getməyəcəyəm”
Tarix: 19-11-2026 | Saat: 19:00
Bölmə:Özəl | çapa göndər

Ermənistandan Azərbaycana səfər açıqlaması – “Bakıya getməyəcəyəm”




Ermənistan rəsmisi Alen Simonyan dekabr ayında Azərbaycana səfər etməyi planlaşdırdığını açıqlayıb. O, səfərin paytaxt Bakıya nəzərdə tutulmadığını xüsusi vurğulayıb.

Simonyan jurnalistlərə açıqlamasında bildirib ki, səfər Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfərinə cavab xarakteri daşıyacaq.

“Gələn ay Azərbaycana səfər etməyi planlaşdırıram. Lakin söhbət Bakı şəhərinə səfərdən getmir. Hikmət Hacıyev artıq Ermənistanda olub və indi cavab səfəri etmək növbəsi məndədir”, – deyə o qeyd edib.

Ermənistan rəsmisinin sözlərinə görə, tərəflər arasında texniki məsələlər, əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran digər mövzular müzakirə olunur.

Simonyan həmçinin noyabrın sonunda “Sülh körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycanın qeyri-hökumət təşkilatlarının nümayəndələrinin Ermənistana səfərinin planlaşdırıldığını bildirib.

Dekabrda nəzərdə tutulan səfərin Azərbaycanın hansı bölgəsinə həyata keçiriləcəyi və dəqiq tarixi barədə məlumat verilməyib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-11-2026