Mobil versiya
Hansı uşaqlar peyvənd oluna bilməz?
Tarix: 26-04-2017 | Saat: 13:10
Bölmə:Qərbi Azərbaycan | çapa göndər

Hansı uşaqlar peyvənd oluna bilməz?



Azərbaycanda peyvəndlərdən kənarda qalma göstəriciləri uşaqlar arasında müxtəlifdir.

AİA.Az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün keçirdikləri tədbirdə Səhiyyə Nazirliyinin Respublika və Gigiyena Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.

Onun sözlərinə görə, Azərbaycanda il ərzində uşaqların müxtəlif peyvəndlərlə əhatə olunması 95-97 faiz, bəzilərində isə 98-99 faiz təşkil edir:

"Kənarda qalma halları əsasən tibbi əks göstərişlər zamanı baş verir. Yəni, uşaqlar xəstədilərsə, onlar peyvəndə cəlb olunmur. Onlar tam sağaldıqdan sonra peyvəndə cəlb olunur. Bəzi hallarda valideynlər peyvənddən imtina edirlər. Uşaqların peyvənddən kənarda qalma faizi çox azdır".

A.Əliyeva bildirib ki, valideynlər, əsasən, göyöskürək, difteriya və digər xəstəliklərə qarşı olan AKDC vaksininin uşaqlarına vurulmasından imtina edirlər:

"Çünki göyöskürək komponenti bəzi hallarda uşaqlarda yanaşı təsir verə bilir ki, bu da normal haldır. Valideynlər bunu bilməli və qorxmamalıdır".

A.Əliyeva bildirib ki, rayonlarda bir o qədər də peyvənddən imtina hallarına rast gəlinmir. Belə hallar adətən paytaxt Bakıda olur: "Bu da onunla izah olunur ki, valideynlər internetə daxil olaraq orada peyvəndlə bağlı neqativ informasiyalar əldə edirlər".

A.Əliyeva bəzi rus mətbuatında yer alan peyvəndlərin tərkibində ağır metalların həcminin daha çox olması məsələsinə də münasibət bildirib.

O qeyd edib ki, hazırda peyvəndlərin tərkibində ağır metallar yox səviyyəsindədir:

"Son illər peyvəndin təsiri nəticəsində xüsusi ağırlaşma halları qeydə alınmayıb. Yalnız adi yanaşı təsirlər meydana çıxa bilər. Bu da peyvəndin yerində olan qızartılar, ağrı hissiyatı, şişkinlik halları ola bilər. Bu da heç bir həkim müalicəsi olmadan 2-3 günə keçir. Peyvəndən sonra hərarətin 38,5-ə qədər qalxması yanaşı təsirdir. Yəni, bu orqanizmə daxil olan antigenə qarşı bədənin reaksiyasıdır. Ölkəyə gətirilən bütün peyvəndlər bir dozalı flakonlarda olur və tərkibində heç bir konservant yoxdur. Ona görə də hər hansı bir ağır nəticə qeydə alınmır".

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024