Mobil versiya
Taleh Kazımov bankların hazırkı vəziyyətindən danışdı
Tarix: 16-11-2026 | Saat: 13:12
Bölmə:Parlament | çapa göndər

Taleh Kazımov bankların hazırkı vəziyyətindən danışdı

"Bank sektoru izafi struktur likvidliyi şəraitində fəaliyyət göstərib. İlin əvvəlindən bank sektorunun izafi likvidlik səviyyəsi 2,2 dəfə artıb. Bank sektorunda 4,6 milyard manat həcmində sərbəst vəsaitlər qalıb ki, onlar həmin vəsaitləri real sektorun maliyyəşdirilməsinə yönəldə bilərlər".

aia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib.

AMB sədri bildirib ki, bank sektoruna gəldikdə, cari ilin ötən dövründə dayanıqlılıq təmin edilib: "Məcmu kapitala adekvatlıq bank sektorunda 16,5%-ə çatıb. Norma 100% olduğu şəraitdə, likvidliyin örtülməsi əmsalı 153% səviyyəsində qərarlaşıb. Kredit portfelinin keyfiyyəti isə 2,7% səviyyəsində olub. Bu da kifayət qədər qənaətbəxş nəticədir. Kredit portfelinə gəldikdə isə 10 ayın nəticələrinə əsasən, ümumi kredit portfeli 14% artıb. O cümlədən biznes kreditlərində 17,1% artım olub. Onu da qeyd etmək istərdim ki, ümumiyyətlə 2021-ci ilin sonu ilə müqayisədə ümumi portfelə və biznesə verilən kreditlərin həcmi iki dəfə artıb. Öhdəliklər tərəfdə də banklar aktiv işlərini davam edirlər. Fiziki şəxslərin əmanətlərində 10 ayın nəticələrinə əsasən 14,6% artım qeydə alınıb. O cümlədən müddətli əmanətlərdə 16,4% artım var. Qeyd etmək istərdim ki, 2021-ci illə müqayisədə həm həcm üzrə, həm də unikal əmanətçilərin sayı nöqteyi-nəzərdən biz ikiqat artımı müşahidə edirik".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2026