"Hərbçilərin sosial təminatının yaxşılaşdırılması diqqət mərkəzində olacaq" - MM sədri
Tarix: 16-11-2026 | Saat: 11:29
Bölmə:Manşet / Parlament | çapa göndər

"Ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, sərhədlərin toxunulmazlığının təmin edilməsi, ordunun maddi-texniki təchizatının müasirləşdirilməsi, hərbçilərin xidmət şəraitinin və sosial təminatının yaxşılaşdırılması yenə də diqqət mərkəzində olacaq".
aia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı spiker Sahibə Qafarova deyib.
"İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi və bərpa olunması, habelə əhalinin doğma yurdlarına qaytarılması davam etdiriləcək. Süni intellekt texnologiyalarının tətbiqi, təmiz ətraf mühitin və yaşıl artımın təmin olunması da büdcənin prioritetləri sırasındadır. Əminliklə söyləmək olar ki, Azərbaycan hökumətinin səmərəli fəaliyyəti büdcə siyasətinin bütün istiqamətlərində qarşıya qoyulan hədəflərin əldə olunmasını təmin edəcək", - deyə MM sədri bildirib.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-11-2026